56. əl-Vaqiə

2022-12-01T14:04:16+00:00Quran Az|

Vaqiə qopacağı zaman onun qopduğunu heç kəs dana bilməz. O (bəzilərini) alçaldacaq, (bəzilərini də) ucaldacaqdır. Yer şiddətlə titrədiyi zaman, Dağlar parça-parça olub ovxalandığı və (ətrafa) səpələnmiş toz-torpağa döndüyü zaman, siz üç qrupa ayrılacaqsınız. [...]