101. əl-Qariə

2022-11-30T06:50:01+00:00Quran Az|

(Qəlbləri) Qorxuya salan! (Qəlbləri) Qorxuya salan nədir? Sən haradan biləsən ki, (qəlbləri) Qorxuya salan nədir? O gün insanlar (ətrafa )səpələnmiş pərvanələr tək olacaqlar. Dağlar isə didilmiş yun görkəmi alacaqdır. (O gün) kimin tərəziləri [...]

114. əl-Nas

2022-11-30T06:49:49+00:00Quran Az|

De: “Sığınıram insanların Rəbbinə, insanların Hökmdarına, insanların məbuduna! Vəsvəsə verənin, (Allahın adı çəkiləndə isə hövlündən) geri çəkilən (şeytanın) şərindən. (O şeytan) ki, insanların ürəklərinə vəsvəsə salır, cinlərdən də (olur), insanlardan da!” [...]

113. əl-Fələq

2022-11-30T06:49:24+00:00Quran Az|

De: “Sığınıram sübhün Rəbbinə! Məxluqatının şərindən, çökən zülmətin şərindən, düyünlərə üfürən (cadugər) qadınların şərindən və həsəd aparan zaman paxılın şərindən!”

111. əl-Məsəd

2022-11-30T06:49:22+00:00Quran Az|

Əbu Ləhəbin əlləri qurusun, qurudu da! Nə var-dövləti, nə də qazandıqları onu qurtara bilməyəcək. O, alovlanan oda atılacaqdır. Onun odun şələsi daşıyan arvadı da. Arvadının boynunda xurma liflərindən kəndir olacaqdır. [...]

110. ən-Nəsr

2022-11-30T06:49:18+00:00Quran Az|

Allahın köməyi və qələbə gəldiyi zaman, insanların dəstə-dəstə Allahın dininə girdiklərini gördükdə həmd ilə Rəbbini təriflə və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!

109. əl-Kafirun

2022-11-30T06:49:10+00:00Quran Az|

De: “Ey kafirlər! Mən sizin ibadət etdiklərinizə ibadət etmərəm, siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz. Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm, siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz. Sizin [...]

108. əl-Kovsər

2022-11-30T06:49:07+00:00Quran Az|

Həqiqətən, Biz Kovsəri sənə bağışladıq. Sən də Rəbbin üçün namaz qıl və qurban kəs! Doğrusu, sənə ədavət bəsləyənin özü sonsuzdur.

107. əl-Maun

2022-11-30T06:49:05+00:00Quran Az|

Dini yalan sayan o kimsəni gördünmü? O elə adamdır ki, yetimi qovar və (heç kəsi) kasıba əl tutmağa sövq etməz. Vay halına namaz qılanların – o şəxslərin ki, onlar namazlarında səhlənkardırlar. Onlar riyakardırlar [...]

106. Qureyş

2022-11-30T06:48:55+00:00Quran Az|

Qureyşin birliyi xatirinə, onların qış və yay səfərlərindəki birliyi xatirinə qoy onlar bu Evin Rəbbinə ibadət etsinlər. (Allah) onlara aclıqdan (sonra) yemək verdi və qorxudan (sonra) əmin-amanlıq bəxş etdi.