105. əl-Fil

2022-11-30T06:48:52+00:00Quran Az|

Rəbbinin fil sahiblərinə nələr etdiyini görmədinmi? Məgər (Rəbbin) onların hiyləsini dolaşığa salmadımı? Onların üzərinə qatar-qatar quşlar göndərdi. (O quşlar ki,) onların üstünə (odda bişmiş) bərk gildən daşlar yağdırdı. (Allah) onları sanki yeyilmiş əkin [...]

104. əl-Huməzə

2022-11-30T06:48:50+00:00Quran Az|

Hər bir qeybət edənin, tənə vuranın vay halına! O şəxs ki, mal-dövlət toplayıb onu (təkrar-təkrar) sayır və elə güman edir ki, var-dövləti onu əbədi saxlayacaqdır. Xeyr! O, mütləq Hütəməyə atılacaqdır. Sən haradan biləsən [...]

103. əl-Əsr

2022-11-30T06:48:46+00:00Quran Az|

And olsun axşam çağına! Həqiqətən, insan ziyan içərisindədir. Yalnız iman gətirib yaxşı işlər görənlər, bir-birinə haqqı məsləhət görənlər­­ və bir-birinə səbrli olmağı məsləhət edənlərdən başqa.

102. ət-Təkasur

2022-11-30T06:48:44+00:00Quran Az|

Çoxluğa hərisliyiniz başınızı o qədər qatdı ki, (gömülməklə) qəbirləri ziyarət etdiniz. Yox-yox! Siz (aqibətinizi) hökmən biləcəksiniz! Bir də yox! Siz (aqibətinizi) tezliklə biləcəksiniz! Xeyr! Kaş ki, yəqin biləydiniz. Siz Cəhənnəmi mütləq görəcəksiniz! Onu [...]

100. əl-Adiyat

2022-11-30T06:48:42+00:00Quran Az|

And olsun tövşüyə-tövşüyə çapanlara! And olsun (dırnaqları ilə) qığılcım çıxaranlara! And olsun sübh çağı həmlə edənlərə ki, hücuma keçib tozanaq qaldıraraq qoşunun içərisinə soxulurlar. Həqiqətən, insan Rəbbinə qarşı yaman nankordur. Özü də bunun [...]

99. əz-Zəlzələ

2022-12-01T14:34:02+00:00Quran Az|

Yer titrəyib lərzəyə gələcəyi zaman; Yer öz yükünü bayıra atacağı və insan: “Ona nə olub?”–deyəcəyi zaman – həmin gün yer öz əhvalatlarını da­­nışacaqdır. Çünki Rəbbin ona vəhy edəcəkdir. O gün insanlar əməllərinin onlara [...]

98. əl-Beyyinə

2022-12-01T14:33:45+00:00Quran Az|

Kitab əhlindən və müşriklərdən inkar edənlər onlara açıq-aydın dəlil gəlməyincə (küfrlərindən) əl çəkmədilər. (Bu dəlil )pak səhifələri oxuyan Allahın göndərdiyi Elçidir. Onların içində doğru yazılar vardır. Kitab verilənlər onlara yalnız aydın bir dəlil [...]

97. əl-Qədr

2022-12-01T14:27:59+00:00Quran Az|

Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik! Sən haradan biləsən ki, Qədr gecəsi nədir? Qədr gecəsi min aydan xeyirlidir. O gecə Rəbbinin izni ilə mələklər və Ruh (Cəbrail) hər işə görə (yerə) [...]

96. əl-Ələq

2022-12-01T14:27:29+00:00Quran Az|

Yaradan Rəbbinin adı ilə oxu! O, insanı qan laxtasından yaratdı. Oxu! Sənin Rəbbin (müqayisəsiz) səxavətə malikdir. O, qələmlə (yazmağı) öyrətdi. İnsana bilmədiklərini öyrətdi. Xeyr! İnsan, doğrudan da, həddini aşır, özünün ehtiyacsız olduğunu zənn [...]

95. ət-Tin

2022-12-01T14:27:15+00:00Quran Az|

And olsun əncirə və zeytuna! And olsun Sinay dağına! And olsun bu təhlükəsiz şəhərə (Məkkəyə)! Biz insanı ən gözəl surətdə yaratdıq! Sonra isə onu aşağı qatların ən aşağısına (Cəhənnəmin dibinə) qaxacağıq. İman gətirib [...]