36. Ya sin
Ya. Sin. And olsun hikmətli Qurana! Həqiqətən, sən göndərilmiş elçilərdənsən, doğru yoldasan. (Bu Quran) Qüdrətli və Rəhmli (Allah) tərəfindən nazil edilmişdir ki, ataları xəbərdar edilməmiş, özləri də qafil olan bir tayfanı xəbərdar edəsən. [...]