24. ən-Nur (İşıq)

2022-11-27T19:00:36+00:00Quran Az|

(Bu,) Bizim nazil edib (sizə) vacib buyurduğumuz bir surədir. Biz onda açıq-aydın ayələr nazil etdik ki, bəlkə, düşünüb ibrət alasınız. Zinakar qadının və zinakar kişinin hər birinə yüz çubuq vurun. Əgər Allaha və [...]

23. əl-Muminun (Möminlər)

2022-11-27T19:00:44+00:00Quran Az|

Möminlər, həqiqətən də, nicat tapmışlar; o kəslər ki, namazlarında mütidirlər, o kəslərdir ki, sözbazlıqdan qaçırlar, o kəslərdir ki, zəkat verirlər, o kəslərdir ki, öz cinsi orqanlarını (həmişə) qoruyurlar, zövcələri və sahib olduqları cariyələr [...]

22. əl-Həcc (Həcc)

2022-11-27T19:00:52+00:00Quran Az|

Ey insanlar! Rəbbinizdən qorxun! Həqiqətən, o Saatın sarsıntısı müdhiş bir şey olacaqdır. Onu görəcəyiniz gün hər bir əmzikli (körpəsi olan) qadın əmizdirdiyini unudacaq, hər bir hamilə qadın bətnindəkini salacaqdır. İnsanları sərxoş görə­­cəksən, halbuki [...]

21. əl-Ənbiya (Peyğəmbərlər)

2022-11-27T19:01:01+00:00Quran Az|

İnsanların hesaba çəkiləcəkləri gün yaxınlaşdı. Amma onlar hələ də qəflət içində (imandan) üz çevirirlər. Onlara öz Rəbbindən istənilən bir yeni xəbərdarlıq gəldikdə, ona istehza edərək, qulaq asmazlar, qəlbləri qəflət içində qaldığı halda. Zalımlar [...]

20. Ta ha ( Ta ha)

2022-11-27T19:01:10+00:00Quran Az|

Ta. Ha. Biz Quranı sənə ona görə nazil etmədik ki, əziyyətə düşəsən. (Onu Allahdan) qorxanlar üçün ancaq nəsihət kimi (göndərdik). O, yeri və uca göyləri yaradan (Allah) tərəfindən nazil olmuşdur. Ər-Rəhman Ərşə ucaldı. [...]

19. Məryəm (Məryəm)

2022-11-27T19:01:18+00:00Quran Az|

Kəf. Ha. Yə. Ayn. Sad. (Bu) sənin Rəbbinin Öz qulu Zəkəriyyaya (göstərdiyi )mərhəmətinin yada salınmasıdır. Bir zaman (Zəkəriyya) Rəb­­binə gizlicə dua edib demişdi: “Ey Rəbbim! Artıq sümüklərim zəifləmiş, başım da ağappaq ağarmışdır. Ey [...]

18. əl-Kəhf

2022-11-27T19:01:27+00:00Quran Az|

Kitabı Öz quluna nazil edən və onda heç bir nöqsana yol verməyən Allaha həmd olsun! (Allah, )Öz tərəfindən gələcək şiddətli bir əzabla (günahkarları) qorxutmaq, yaxşı işlər görən möminləri gözəl mükafata nail olacaqları ilə [...]

17. əl-İsra

2022-11-27T19:01:36+00:00Quran Az|

Dəlillərimizdən bəzisini ona (Peyğəmbərə) göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidulharamdan ətrafına xeyir-bərəkət verdiyimiz Məsciduləqsaya aparan (Allah) pak və müqəddəsdir. Həqiqətən, O, Eşidəndir, Görəndir. Biz Musaya Kitab verdik və İsrail oğullarına: “Məndən başqasını [...]

16. ən-Nəhl (Bal arısı)

2022-11-27T19:01:44+00:00Quran Az|

Allahın əmri gələcəkdir. Odur ki, onun tez gəlməsini istəməyin. (Allah) müşriklərin (Ona) qoşduqları şəriklərdən uzaqdır və ucadır. (Allah) Öz hökmü ilə qullarından istədiyi kimsəyə mələkləri vəhylə göndərib buyurur: “(Qullarımı) qorxudub xəbərdar edin ki, [...]

14. İbrahim (İbrahim)

2022-11-27T19:02:00+00:00Quran Az|

Əlif. Ləm. Ra. (Bu,) insanları öz Rəbbinin izni ilə qaranlıqdan nura – Qüdrətli, Tərifəlayiq (Allahın) yoluna çıxartmaq üçün sənə nazil etdiyimiz bir Kitabdır. O Allahın ki, göylərdə və yerdə nə varsa, Onundur. Giriftar [...]