Təsbih, təhmid, təhlil və təkbirin fəziləti

Last Updated: Yanvar 1st, 2023|Views: 63|5,5 min read|

 Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: «Kim gündə yüz dəfə:

[Subhanəllahi və bihəmdihi]

«Allah pak və müqəddəsdir! Allaha həmd ol­sun!» desə, günahları dəniz köpüyü qədər olsa belə silinər».[2]

Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: «Kim gündə on dəfə:

[Lə ilahə illəllahu vahdəhu lə şəri­kə lə­hu, ləhul-mulku və ləhul-həmdu və huvə alə kulli şeyin qadir]

«Allahdan başqa məbud yoxdur, təkdir, Onun şəri­ki yoxdur. Mülk Onundur və həmd Onadır! O hər şeyə Qadirdir!» desə, sanki İs­mayıl övladından dörd nəfəri azad etmiş olar».[3]

Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: «Dilə yüngül gələn, çəkidə ağır gələn, ər-Rəh­mana əziz olan iki kəlmə bunlardır:[Subhanəllahi və bihəmdihi, subha­nəlla­hil-aziym]

«Allah pak və müqəddəsdir! Allaha həmd ol­sun! Böyük Allah pak və müqəddəsdir!» [4]

Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: «Mənə:

[Subhanəllahi, vəlhəmdulilləhi, və lə ilahə illəllahu, vəllahu əkbər]

«Allah pak və müqəddəsdir! Həmd Allaha­dır! Allahdan başqa məbud yoxdur! Allah ən Böyükdür!» demək, üzərində günəş doğan hər bir şeydən əzizdir».[5]

Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: «Sizlərdən hər gün min savab qazanmaqda aciz qalanı varmı?» Yanında oturanlardan biri soruşdu: «Bizlərdən biri min savabı necə qaza­na bilər?» O dedi: «Yüz dəfə təsbih etsə [“Subhanəllah” desə], ona min savab yazılar, yaxud min günahı silinər!»[6]

Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: «Kim:

[Subhanəllahil-aziymi və bihəmdi­hi] «Böyük Allah pak və müqəddəsdir! Allaha həmd olsun!» desə, onun üçün Cənnətdə bir xurma ağacı əkilər».[7]

Peyğəmbər səllallahu aleyhi və səlləm dedi: «Ey Abdullah ibn Qeys! Sənə Cənnət xəzinə­lərindən birini göstərimmi?» Mən: «Bəli, ya Rəsulullah!» söylədikdə, o buyurdu: «De:

[Lə həulə və lə quvvətə illə billəh]

«Qüdrət və güc yalnız Allahdadir!»[8]

Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: «Allaha ən sevimli olan kəlmələr dörddür:

[Subhanəllahi, vəlhəmdulilləhi və lə ila­hə illəllahu, vəllahu əkbər]

«Allah pak və müqəddəsdir! Həmd Allaha­dır! Allahdan başqa məbud yoxdur! Allah ən Böyükdür!» Bunların hansından başlasan, zə­rəri olmaz».[9]

Bədəvi ərəb Peyğəmbərin səllallahu aleyhi və səlləm yanına gəlib dedi: «Mənə zikr edəcəyim kəlmələri öyrət!» O buyurdu: «De:

[Lə ilahə illəllahu vahdəhu lə şəri­kə lə­hu. Allahu əkbəru kəbiyran, vəlhəm­dulil­ləhi kəsiyran, subhanəllahi rabbil-alə­miyn. Lə həulə və lə quvvətə illə billəhil-aziyzil-həkiym] «Allahdan başqa məbud yoxdur, O təkdir, Onun şəri­ki yoxdur. Allah böyüklükdə ən Bö­yükdür! Allaha çox­lu-çoxlu həmd olsun! Aləmlərin Rəbbi olan Allah pak və müqəddəs­dir! Qüdrət və güc yalnız Qüdrətli, Müdrik Allahdadir!» Bədəvi ərəb dedi: «Bunlar Rəb­bim üçündür. Bəs mənim üçün?» O buyurdu: «De:

[Allahummə-ğfirliy, vərhəmniy, vəhdi­niy, vərzuqniy]

«Allahım! Məni bağışla, mənə rəhm et, məni doğru yola yönəlt, mənə ruzi ver!»[10]

Bir kimsə İslamı qəbul etdikdə Peyğəm­bər səllallahu aleyhi və səlləm ona namaz qılmağı öy­rədər, sonra əmr edərdi ki, bu kəlmələrlə [Allaha] dua etsin:[Allahummə-ğfirliy, vərhəmniy, vəhdi­niy, və afiniy, vərzuqniy]

«Allahım! Məni bağışla, mənə rəhm et, məni doğru yola yönəlt, mənə salamatlıq və ruzi ver!»[11]

«Ən fəzilətli dua «əlhəmdulilləh», ən fəzilətli zikr isə «lə ilahə illəllah»dır.[12]

«Əbədi qalacaq saleh əməllər (bunlar­dır):

[Subhanəllahi, vəlhəmdulilləhi və lə ila­hə illəllahu, vəllahu əkbəru, və lə həulə və lə quvvətə illə billəh]

«Allah pak və müqəddəsdir! Allaha həmd ol­sun! Allahdan başqa məbud yoxdur! Allah ən Böyükdür! Qüdrət və güc yalnız Allahdadir!»[13]

[1] Subhanəllah! Əlhəmdulilləh! Lə ilahə illəllah! Alla­hu Ək­bər!
[2] əl-Buxari, 7/168; Muslim, 4/2071. Bu duanı səhər və ax­şam yüz dəfə deyənin fəzilətini bilmək üçün bu kitabdakı 91-ci duaya bax.
[3] əl-Buxari, 7/167; Muslim, 4/2071. Bu duanı səhər və ax­şam yüz dəfə deyənin fəzilətini bilmək üçün bu kitabdakı 93-cü duaya bax.
[4] əl-Buxari, 7/168; Muslim, 4/2072.
[5] Muslim, 4/2072.
[6] Muslim, 4/2073.
[7] ət-Tirmizi, 5/511; əl-Hakim1/501. Hakim bu hədisi “sə­hih” hesab etmiş, əz-Zəhəbi də onu təsdiqləmişdir. Bax: «Səhihul-Cami», 5/531 və «Səhihu-t-Tirmizi», 3/160.
[8] «Fəthyl-Bari», 11/213; Muslim, 4/2076.
[9] Muslim, 3/1685.
[10] Muslim, 4/2072; Əbu Davudun əlavəsində: «Bədəvi ərəb gedəndə Peyğəmbər səllallahu aleyhi və səlləm dedi: «O, əllərini xeyirlə doldurdu!» 1/220.
[11] Muslim, 4/2073. Başqa rəvayətdə: «Bunlar sənin üçün dünyanı və axirətini cəm edər!»
[12] ət-Tirmizi, 5/462; ibn Macə, 2/1249; əl-Hakim, 1/503; Ha­kim bu hədisi “səhih” hesab etmiş, əz-Zəhəbi də onu təsdiq­ləmişdir. Bax: «Səhihul-Cami», 1/362.
[13] Əhməd, (Əhməd Şakirin tərtibinə görə) № 513; İsnadı “sə­hih”dir. Bax. «Məcməu-z-Zəvaid», 1/297. İbn Həcər «Bulu­ğul-Məram» əsərində ən-Nəsainin bunu Əbu Səiddən Allah ondan razı olsun gələn isnadla rəvayət etdiyini söyləmiş və de­mişdir: «Bunu İbn Hibban və əl-Hakim “səhih” hesab etmiş­lər».