96. əl-Ələq
- Yaradan Rəbbinin adı ilə oxu!
- O, insanı qan laxtasından yaratdı.
- Oxu! Sənin Rəbbin (müqayisəsiz) səxavətə malikdir.
- O, qələmlə (yazmağı) öyrətdi.
- İnsana bilmədiklərini öyrətdi.
- Xeyr! İnsan, doğrudan da, həddini aşır,
- özünün ehtiyacsız olduğunu zənn etdiyinə görə.
- Axı son dönüşün Rəbbinədir!
- Gördünmü o kəsi ki, mane olur
- bir bəndəyə namaz qıldığı zaman?
- Söylə görək, əgər o (bəndə )doğru yoldadırsa,
- yaxud (Allahdan) qorxmağı əmr edirsə, (onda necə olsun)?
- Söylə görək, əgər (o kafir haqqı) yalan sayıb üz döndəribsə, (onda necə olsun)?
- Məgər o bilmir ki, Allah görür?
- Xeyr! Əgər son qoymasa, (Biz onun) kəkilindən tutacağıq
- yalançı, günahkar kəkilindən.
- Qoy öz yığnağını çağırsın.
- Biz də əzab mələklərini çağıracağıq.
- Xeyr, sən ona qulaq asma! Səcdə qıl və (Allaha) yaxınlaş!