92. əl-Leyl
- And olsun (yer üzünü zülmətə) bürüməkdə olan gecəyə!
- And olsun (günəşin çıxması ilə) aydınlaşan gündüzə!
- And olsun kişini və qadını yaradana!
- Sizin can atdıqlarınız başqa-başqadır.
- Kim (haqqını) verir və (Allahdan) qorxursa,
- və ən gözəl olanı (lə ilahə illəllahı) təsdiq edirsə,
- Biz onu ən asan olana nail edəcəyik.
- Kim də xəsislik edərək (Rəbbinə) ehtiyacı olmadığını güman edirsə
- və ən gözəl olanı (lə ilahə illəllahı) yalan hesab edirsə,
- Biz onun üstünə ən çətin olanı yükləyəcəyik.
- (Cəhənnəmə )düşdükdə var-dövləti ona fayda verməyəcək.
- Şübhəsiz ki, doğru yola yönəltmək Bizə aiddir.
- Sözsüz ki, Axirət də, dünya həyatı da Bizimdir.
- Mən sizi alov saçan bir odla qorxutdum.
- Ona ancaq ən bədbəxt kimsə girər.
- O kimsə ki, (haqqı) yalan sayır və (ondan) üz döndərir.
- (Allahdan) ən çox qorxan isə o (Oddan) uzaqlaşdırılar.
- O kimsə ki, malını (Allah yolunda) verir, (günahlardan) təmizlənir.
- Əvəzi veriləcək nemət üçün onun heç kəsə minnəti olmaz.
- (O bunu) ancaq Ən Uca Rəbbinin Üzünü dilədiyindən (edər).
- O, mütləq razı qalacaqdır!