91. əş-Şəms

Last Updated: Dekabr 1st, 2022|Views: 53|1 min read|
bismillahir-rahmanir-rahim
  1. And olsun günəşə və onun saçdığı şəfəqə!
  2. And olsun ondan sonra zühur edən aya!
  3. And olsun (günəşi) açıqlığa çıxardan gündüzə!
  4. And olsun (günəşi )bürüyən gecəyə!
  5. And olsun göyə və onu qurana!
  6. And olsun yerə və onu döşəyənə!
  7. And olsun nəfsə və onu yaradıb kamilləşdirənə,
  8. ona günahları və (Allahdan) qorxmağı təlqin edənə!
  9. Nəfsini (günahdan) təmizləyən uğur qazanmışdır.
  10. Onu (günaha) batıran isə ziyana uğramışdır.
  11. Səmud (qövmü) öz azğınlığı üzündən (Allahın elçisini) təkzib etdi.
  12. Onların ən bədbəxti (dəvəni kəsməyə) qalxdıqda
  13. Allahın elçisi onlara dedi: “Allahın bu dişi dəvəsinə (toxunmayın) və onun su içməsinə (mane olmayın)!”
  14. Onlar isə peyğəmbəri yalançı sayıb, dəvənin diz vətərini kəsdilər. Onların Rəbbi də bu günahlarına görə onların hamısını qırıb yerlə-yeksan etdi.
  15. (Allah) (günahkarlara etdiyinin )nəticəsindən çəkinməz!