89. əl-Fəcr

Last Updated: Dekabr 1st, 2022|Views: 82|1,8 min read|
bismillahir-rahmanir-rahim
  1. And olsun dan yerinə!
  2. And olsun on gecəyə!
  3. And olsun cütə və təkə!
  4. And olsun keçib getməkdə olan gecəyə!
  5. Məgər bu (andlar) ağıl sahibi üçün kifayət deyilmi?
  6. Məgər görmədinmi ki, Rəbbin nələr etdi Ad (qövmünə),
  7. sütunlar sahibi İrəm (qəbiləsinə) –
  8. halbuki, yer üzündə onlar kimisi xəlq edilməmişdi.
  9. (Habelə) vadidə qayaları yonan Səmud (qövmünə)?
  10. Eləcə də sütunlar sahibi Firona?
  11. Onlar o kəslər idi ki, ölkələrində həddi aşmış,
  12. çoxlu fitnə-fəsad törətmişdilər.
  13. Rəbbin də onları əzabla qamçıladı.
  14. Həqiqətən, sənin Rəbbin nəzarət edir.
  15. İnsana gəlincə, Rəbbi onu sınayıb ehtiram göstərəndə və ona nemət verəndə: “Rəbbim mənə ehtiram göstərdi!”-deyər.
  16. Amma onu sınamaq üçün ruzisini azaldanda: “Rəbbim məni alçaltdı!”–deyər.
  17. Xeyr! Əslində siz yetimə ehtiram göstərmirsiniz,
  18. kasıbı yedirməyə bir-birinizi təhrik etmirsiniz,
  19. mirası hərisliklə yeyirsiniz,
  20. var-dövləti də hərisliklə sevirsiniz.
  21. Xeyr! Elə ki yer lərzəyə gəlib parça-parça olacaq,
  22. sənin Rəbbin və səf-səf (düzülmüş) mələklər gələcək
  23. və o gün Cəhənnəm gətiriləcək. O gün insan (günahlarını) xatırlayacaqdır. Lakin (bu) xatırlamanın ona nə faydası?
  24. O: “Kaş (axirət )həyatım üçün əvvəlcədən hazırlıq görəydim!”–deyəcəkdir.
  25. O gün heç kəs Onun verdiyi əzab (kimi) əzab verə bilməz
  26. və heç kəs Onun buxovladığı (kimi) buxovlaya bilməz.
  27. (O gün möminə deyiləcəkdir): “Ey arxayın olan kəs!
  28. Razı qalmış və razılıq qazanmış halda öz Rəbbinə tərəf dön!
  29. Mənim qullarımın (cərgəsinə) keç!
  30. Cənnətimə daxil ol!