89. əl-Fəcr
- And olsun dan yerinə!
- And olsun on gecəyə!
- And olsun cütə və təkə!
- And olsun keçib getməkdə olan gecəyə!
- Məgər bu (andlar) ağıl sahibi üçün kifayət deyilmi?
- Məgər görmədinmi ki, Rəbbin nələr etdi Ad (qövmünə),
- sütunlar sahibi İrəm (qəbiləsinə) –
- halbuki, yer üzündə onlar kimisi xəlq edilməmişdi.
- (Habelə) vadidə qayaları yonan Səmud (qövmünə)?
- Eləcə də sütunlar sahibi Firona?
- Onlar o kəslər idi ki, ölkələrində həddi aşmış,
- çoxlu fitnə-fəsad törətmişdilər.
- Rəbbin də onları əzabla qamçıladı.
- Həqiqətən, sənin Rəbbin nəzarət edir.
- İnsana gəlincə, Rəbbi onu sınayıb ehtiram göstərəndə və ona nemət verəndə: “Rəbbim mənə ehtiram göstərdi!”-deyər.
- Amma onu sınamaq üçün ruzisini azaldanda: “Rəbbim məni alçaltdı!”–deyər.
- Xeyr! Əslində siz yetimə ehtiram göstərmirsiniz,
- kasıbı yedirməyə bir-birinizi təhrik etmirsiniz,
- mirası hərisliklə yeyirsiniz,
- var-dövləti də hərisliklə sevirsiniz.
- Xeyr! Elə ki yer lərzəyə gəlib parça-parça olacaq,
- sənin Rəbbin və səf-səf (düzülmüş) mələklər gələcək
- və o gün Cəhənnəm gətiriləcək. O gün insan (günahlarını) xatırlayacaqdır. Lakin (bu) xatırlamanın ona nə faydası?
- O: “Kaş (axirət )həyatım üçün əvvəlcədən hazırlıq görəydim!”–deyəcəkdir.
- O gün heç kəs Onun verdiyi əzab (kimi) əzab verə bilməz
- və heç kəs Onun buxovladığı (kimi) buxovlaya bilməz.
- (O gün möminə deyiləcəkdir): “Ey arxayın olan kəs!
- Razı qalmış və razılıq qazanmış halda öz Rəbbinə tərəf dön!
- Mənim qullarımın (cərgəsinə) keç!
- Cənnətimə daxil ol!