88. əl-Ğaşiyə
- (Aləmi) Çulğalayanın xəbəri sənə gəlib çatdımı?
- O gün (neçə-neçə) üzlər zəlil olub yerə dikiləcək,
- üzülüb əldən düşəcək,
- çox qızmar oda girəcək,
- qaynar çeşmədən içirdiləcəkdir.
- Onlara daridən başqa bir yemək verilməyəcəkdir.
- (O onları) nə doydurar, nə də aclıqdan xilas edər.
- O gün (neçəsinin) üzündə fərəh görünəcək,
- (dünyadakı) səylərindən məmnun qalacaq,
- uca Cənnətdə olacaq,
- orada faydasız söz eşitməyəcəkdir.
- Orada axar çeşmələr vardır;
- Orada hündür taxtlar,
- düzülmüş piyalələr,
- yan-yana qoyulmuş yastıqlar,
- və (döşəmələrə )sərilmiş xalçalar vardır.
- Məgər onlar dəvənin necə yaradıldığını görmürlər?
- Göyün necə yüksəldiyini( görmürlər)?
- Dağların necə sancıldığını( görmürlər)?
- Yerin necə döşədildiyini (görmürlər)?
- (Onlara) nəsihət ver! Sən yalnız nəsihətçisən.
- Sən onların üstündə hökmdar deyilsən.
- Lakin üz döndərib küfr edəni,
- Allah ən şiddətli əzabla cəzalandırar.
- Şübhəsiz ki, onların dönüşü Bizədir.
- Sonra onları sorğu-suala çəkmək də Bizə aiddir.