87. əl-Əla
- Ən Uca Rəbbinin adına təriflər de!
- O (Rəbbin) ki, (hər şeyi) yaradıb kamilləşdirdi;
- O (Rəbbin) ki, (hər şeyin müqəddəratını) əzəldən müəyyən edərək yol göstərdi,
- O( Rəbbin) ki, otlağı cücərdib,
- sonra da qaralmış samana çevirdi.
- Biz sənə (Quranı) (elə) oxumaq imkanı verəcəyik ki, o, yadından çıxmayacaq.
- (Əlbəttə, )Allahın istədiyindən başqa. Həqiqətən, O, aşkardakından da, gizli qalandan da xəbərdardır.
- Səni ən asan olana müvəffəq edərik.
- Xatırlatmanın fayda verdiyini görsən, (onlara) xatırlat!
- (Allahdan) qorxanlar öyüd-nəsihət götürərlər.
- Ən bədbəxt kimsələr isə onu qulaqardına vurarlar.
- O kimsə ki, Cəhənnəmə atılacaq,
- O orada nə ölə, nə də yaşaya bilməyəcəkdir.
- (Günahlardan) təmizlənən kimsə isə uğur qazanmışdır.
- (O kimsə ki,) Rəbbinin adını xatırlayıb namaz qılmışdır.
- Xeyr, siz dünya həyatını (olduqca) üstün tutursunuz;
- Axirət isə daha xeyirli və daha sürəklidir.
- Həqiqətən də bu, əvvəlki səhifələrdə bildirilmişdir –
- İbrahimin və Musanın səhifələrində.