86. ət-Tariq

Last Updated: Dekabr 1st, 2022|Views: 81|0,9 min read|
bismillahir-rahmanir-rahim
  1. And olsun səmaya və gecə yolçusuna!
  2. Sən nə bilirsən ki, gecə yolçusu nədir?
  3. (Bu, qaranlıqları) dəlib keçən ulduzdur.
  4. Elə bir kimsə yoxdur ki, onun üzərində gözətçi olmasın!
  5. Qoy insan nədən yaradıldığına bir baxsın!
  6. O, süzülüb tökülən bir mayedən yaradılmışdır.
  7. Bu (maye )bel və köks sümükləri arasından çıxır.
  8. Şübhəsiz ki, (Allah) onu (dirildib) qaytarmağa qadirdir.
  9. Sirlərin sınaqdan keçiriləcəyi gün,
  10. onun nə bir qüvvəsi, nə də bir köməkçisi olar.
  11. And olsun (yağmurla) qayıdan göyə!
  12. And olsun (növbənöv bitkilərlə) yarılan yerə!
  13. Həqiqətən, bu, (haqqı batildən) ayırd edən bir kəlamdır.
  14. O, əyləncə də deyildir.
  15. Həqiqətən, (kafirlər) hiylə qururlar.
  16. Mən də hiylə qururam.
  17. Kafirlərə hələ möhlət ver! Onlara bir az da möhlət ver.