83. əl-Mutaffifin

Last Updated: Dekabr 1st, 2022|Views: 64|2,2 min read|
bismillahir-rahmanir-rahim
  1. Çəkidə və ölçüdə aldadanların vay halına!
  2. O kəslərin ki, camaatdan (bir şey) aldıqda (onu) tam almaq istəyərlər,
  3. onlar üçün( bir şey) ölçdükdə və ya çəkdikdə (onu) ziyana salarlar.
  4. Onlar dirildiləcəklərini fikirləşmirlərmi?
  5. (Həm də) əzəmətli bir gündə.
  6. O gündə ki, insanlar aləmlərin Rəbbinin qarşısında dayanacaqlar.
  7. Xeyr! Həqiqətən, günahkarların kitabı Siccindədir.
  8. Sən haradan biləsən ki, Siccin nədir?!
  9. O, yazılı bir kitabdır!
  10. O gün (haqqı) yalan hesab edənlərin vay halına!
  11. O kəslərin ki, Haqq-hesab gününü yalan hesab edirlər.
  12. (Amma )bunu, həddini aşan günahkardan başqa, heç kəs yalan hesab etməz.
  13. Ayələrimiz ona oxunduğu zaman: “Bu, keçmişdəkilərin (uydurduğu) əfsanələrdir!”–deyir.
  14. Xeyr! Onların qəlbini qazandıqları (günahlar) bürümüşdür.
  15. Xeyr, həmin gün onlarla Rəbbi arasına pərdə çəkiləcək!
  16. Sonra onlar Cəhənnəmə girəcəklər
  17. və (onlara) deyiləcək: “Budur sizin yalan hesab etdiyiniz (Cəhənnəm)!”
  18. Xeyr! Həqiqətən, itaətkarların kitabı İlliyyundadir!
  19. Sən haradan biləsən ki, İlliyyun nədir?!
  20. O, elə bir yazılı kitabdır ki,
  21. onu yalnız (Allaha) yaxın olanlar görürlər!
  22. Həqiqətən, itaətkarlar nemətlər içində olacaqlar.
  23. Onlar taxtlar üstündə seyrə dalacaqlar.
  24. Sən onların çöhrəsində səadət parlaqlığı görəcəksən.
  25. Onlara möhürlü şərabdan içirdiləcəkdir.
  26. Onun möhürü müşkdür. Qoy çalışanlar onun üçün səy göstərsinlər!
  27. Onun qatışığı isə təsnim (bulağındandır).
  28. (O təsnim elə) bir bulaqdır ki, ondan (Allaha) yaxın olanlar içərlər.
  29. Doğrudan da, günah edənlər iman gətirənlərə gülürdülər,
  30. onların yanından keçdikdə bir-birinə qaş-göz edirdilər,
  31. öz ailələrinin yanına fərəhlə qayıdırdılar,
  32. möminləri gördükdə isə deyirdilər: “Həqiqətən, bunlar azmışlardır!”
  33. Halbuki bu günahkarlar onlara gözətçi qoyulmamışdılar.
  34. Bu gün məhz iman gətirənlər kafirlərə güləcəklər.
  35. Onlar taxtlar üstündə (ətrafa) baxacaqlar.
  36. Kafirlər törətdiklərinin cəzasını aldılarmı?!