83. əl-Mutaffifin
- Çəkidə və ölçüdə aldadanların vay halına!
- O kəslərin ki, camaatdan (bir şey) aldıqda (onu) tam almaq istəyərlər,
- onlar üçün( bir şey) ölçdükdə və ya çəkdikdə (onu) ziyana salarlar.
- Onlar dirildiləcəklərini fikirləşmirlərmi?
- (Həm də) əzəmətli bir gündə.
- O gündə ki, insanlar aləmlərin Rəbbinin qarşısında dayanacaqlar.
- Xeyr! Həqiqətən, günahkarların kitabı Siccindədir.
- Sən haradan biləsən ki, Siccin nədir?!
- O, yazılı bir kitabdır!
- O gün (haqqı) yalan hesab edənlərin vay halına!
- O kəslərin ki, Haqq-hesab gününü yalan hesab edirlər.
- (Amma )bunu, həddini aşan günahkardan başqa, heç kəs yalan hesab etməz.
- Ayələrimiz ona oxunduğu zaman: “Bu, keçmişdəkilərin (uydurduğu) əfsanələrdir!”–deyir.
- Xeyr! Onların qəlbini qazandıqları (günahlar) bürümüşdür.
- Xeyr, həmin gün onlarla Rəbbi arasına pərdə çəkiləcək!
- Sonra onlar Cəhənnəmə girəcəklər
- və (onlara) deyiləcək: “Budur sizin yalan hesab etdiyiniz (Cəhənnəm)!”
- Xeyr! Həqiqətən, itaətkarların kitabı İlliyyundadir!
- Sən haradan biləsən ki, İlliyyun nədir?!
- O, elə bir yazılı kitabdır ki,
- onu yalnız (Allaha) yaxın olanlar görürlər!
- Həqiqətən, itaətkarlar nemətlər içində olacaqlar.
- Onlar taxtlar üstündə seyrə dalacaqlar.
- Sən onların çöhrəsində səadət parlaqlığı görəcəksən.
- Onlara möhürlü şərabdan içirdiləcəkdir.
- Onun möhürü müşkdür. Qoy çalışanlar onun üçün səy göstərsinlər!
- Onun qatışığı isə təsnim (bulağındandır).
- (O təsnim elə) bir bulaqdır ki, ondan (Allaha) yaxın olanlar içərlər.
- Doğrudan da, günah edənlər iman gətirənlərə gülürdülər,
- onların yanından keçdikdə bir-birinə qaş-göz edirdilər,
- öz ailələrinin yanına fərəhlə qayıdırdılar,
- möminləri gördükdə isə deyirdilər: “Həqiqətən, bunlar azmışlardır!”
- Halbuki bu günahkarlar onlara gözətçi qoyulmamışdılar.
- Bu gün məhz iman gətirənlər kafirlərə güləcəklər.
- Onlar taxtlar üstündə (ətrafa) baxacaqlar.
- Kafirlər törətdiklərinin cəzasını aldılarmı?!