81. ət-Təkvir

Last Updated: Dekabr 1st, 2022|Views: 90|1,5 min read|
bismillahir-rahmanir-rahim
  1. Günəş sarınacağı zaman,
  2. ulduzlar soluxub sönəcəyi zaman,
  3. dağlar hərəkətə gətiriləcəyi zaman,
  4. boğaz dəvələr başlı-başına qalacaqları zaman,
  5. vəhşi heyvanlar bir yerə toplanılacağı zaman,
  6. dənizlər alovlanacağı zaman,
  7. hər kəs (öz tayına) qovuşdurulacağı zaman,
  8. diri-diri (torpağa) basdırılmış qız (uşağı) soruşulacağı zaman –
  9. hansı günaha görə öldürülmüşdür;
  10. səhifələr açılacağı zaman,
  11. göy qopardılacağı zaman,
  12. Cəhənnəm alovlandırılacağı zaman
  13. və Cənnət (möminlərə) yaxınlaşdırılacağı zaman,
  14. hər kəs (bu gün üçün özünə) nə tədarük etdiyini biləcəkdir.
  15. And içirəm (gecə çıxıb gündüz) batan (ulduzlara),
  16. seyrə çıxıb gizlənən (səyyarələrə),
  17. qaralmaqda olan gecəyə,
  18. və açılmaqda olan səhərə!
  19. Həqiqətən, bu, möhtərəm Elçimizin sözüdür.
  20. (O elçi ki), qüvvətlidir, Ərşin sahibi yanında (böyük )hör­­mət sahibidir,
  21. orada itaət ediləndir, etibarlıdır.
  22. Sizin dostunuz (Muhəmməd) divanə deyildir.
  23. O, (Cəbraili) aydın üfüqdə gördü.
  24. O, qeybdən də xəsislik edən deyildir.
  25. Bu (Quran) daşqalaq olunmuş şeytanın sözü də deyildir.
  26. Elə isə (ondan üz döndərib) hara gedirsiniz?
  27. Bu, aləmlərə yalnız bir nəsihətdir –
  28. sizlərdən doğru (yolda) olmaq istəyənlər üçün.
  29. Aləmlərin Rəbbi Allah istəməyincə, siz istəyə bilməzsiniz!