81. ət-Təkvir
- Günəş sarınacağı zaman,
- ulduzlar soluxub sönəcəyi zaman,
- dağlar hərəkətə gətiriləcəyi zaman,
- boğaz dəvələr başlı-başına qalacaqları zaman,
- vəhşi heyvanlar bir yerə toplanılacağı zaman,
- dənizlər alovlanacağı zaman,
- hər kəs (öz tayına) qovuşdurulacağı zaman,
- diri-diri (torpağa) basdırılmış qız (uşağı) soruşulacağı zaman –
- hansı günaha görə öldürülmüşdür;
- səhifələr açılacağı zaman,
- göy qopardılacağı zaman,
- Cəhənnəm alovlandırılacağı zaman
- və Cənnət (möminlərə) yaxınlaşdırılacağı zaman,
- hər kəs (bu gün üçün özünə) nə tədarük etdiyini biləcəkdir.
- And içirəm (gecə çıxıb gündüz) batan (ulduzlara),
- seyrə çıxıb gizlənən (səyyarələrə),
- qaralmaqda olan gecəyə,
- və açılmaqda olan səhərə!
- Həqiqətən, bu, möhtərəm Elçimizin sözüdür.
- (O elçi ki), qüvvətlidir, Ərşin sahibi yanında (böyük )hörmət sahibidir,
- orada itaət ediləndir, etibarlıdır.
- Sizin dostunuz (Muhəmməd) divanə deyildir.
- O, (Cəbraili) aydın üfüqdə gördü.
- O, qeybdən də xəsislik edən deyildir.
- Bu (Quran) daşqalaq olunmuş şeytanın sözü də deyildir.
- Elə isə (ondan üz döndərib) hara gedirsiniz?
- Bu, aləmlərə yalnız bir nəsihətdir –
- sizlərdən doğru (yolda) olmaq istəyənlər üçün.
- Aləmlərin Rəbbi Allah istəməyincə, siz istəyə bilməzsiniz!