80. Əbəsə

Last Updated: Dekabr 1st, 2022|Views: 64|1,9 min read|
bismillahir-rahmanir-rahim
  1. O qaşqabağını sallayıb üzünü (yana) çevirdi.
  2. Yanına bir korun gəlməsinə görə.
  3. Nə bilirdin ki, bəlkə o (günahlardan) təmizlənəcəkdi
  4. və yaxud nəsihət dinləyib faydalanacaqdı.
  5. (Nəsihətə) ehtiyacı olmayana gəlincə isə,
  6. sən ona diqqət yetirirsən.
  7. Onun təmizlənməməyinin sənə bir dəxili yoxdur.
  8. Səy göstərib sənin yanına gələn,
  9. (Allahdan) qorxan kimsəyə gəlincə,
  10. ona məhəl qoymursan!
  11. Xeyr! Şübhəsiz ki, bu, bir nəsihətdir.
  12. Kim istəsə, qoy onu xatırlayıb ibrət alsın.
  13. (Bu Quran) kəramətli səhifələrdədir,
  14. yüksək və pak (səhifələrdədir).
  15. (Bu səhifələr) elçilərin əllərində,
  16. möhtərəm və müti olanların (əllərindədir).
  17. Qoy ölsün (kafir) insan! O necə də nankordur!
  18. (Qoy baxıb görsün Allah) onu nədən yaradıb?
  19. (Allah) onu nütfədən yaratdı və müəyyən şəkildə formalaşdırdı.
  20. Sonra da onun yolunu asanlaşdırdı.
  21. Sonra onu öldürüb qəbirə yerləşdirdi.
  22. İstədiyi bir zaman onu dirildəcəkdir.
  23. Xeyr! O, hələ də (Allahın) ona buyurduğunu yerinə yetirməmişdir.
  24. Qoy insan yediyinə diqqət yetirsin (bir az!)
  25. Həqiqətən, yağışı bol-bol Biz yağdırırıq.
  26. Sonra da yeri çat-çat yarıb
  27. orada taxıl yetişdiririk.
  28. (Habelə) üzüm və yonca,
  29. zeytun və xurma (ağacları),
  30. sıx-sıx bağlar,
  31. meyvələr və otlar da (bitirdik).
  32. (Bu nemətlər )sizin (istifadəniz) və mal-qaranızın faydalanması üçündür.
  33. Qulaqbatırıcı bir səs gələndə –
  34. o gün insan qaçacaq öz qardaşından,
  35. anasından, atasından,
  36. arvadından və övladlarından!
  37. O gün onlardan hər birinin yetərincə işi olacaqdır.
  38. O gün (neçə-neçə) üzlər parlayacaq,
  39. güləcək və fərəhlənəcəkdir.
  40. O gün (neçə-neçə) üzlərə toz-torpaq hopacaq,
  41. onları zülmət bürüyəcəkdir.
  42. Məhz onlardır kafirlər, günahkarlar!