79. ən-Naziat

Last Updated: Dekabr 1st, 2022|Views: 67|2,8 min read|
bismillahir-rahmanir-rahim
  1. And olsun (kafirlərin canını) zorla alanlara!
  2. And olsun (möminlərin canını) rahatlıqla alanlara!
  3. And olsun (göydə) üzdükcə üzənlərə!
  4. And olsun ötdükcə ötənlərə!
  5. And olsun buyruqları yerinə yetirənlərə!
  6. O gün lərzəyə gələn lərzələnəcək,
  7. onun ardınca təkrar lərzələnəcək.
  8. Həmən gün qəlblər (qorxudan) tir-tir əsəcək.
  9. Bu qəlb (sahiblərinin) gözləri məzlum görkəm alacaq­.
  10. Onlar deyirlər: “Yəni biz (yenidən) bundan qabaqkı halımıza döndərilə­­cəyik?
  11. Sümüklərimiz çürüdükdən sonra?”
  12. Onlar dedilər: “Belə olduğu halda bu, zərərli bir qayıdışdır”.
  13. O (surun üfürülməsi) təkcə qorxunc bir səsdir.
  14. (O vaxt) onlar ləngimədən (qəbirlərindən )yerin səthinə çıxacaqlar.
  15. Musanın hadisəsi sənə yetişdimi?
  16. O zaman Rəbbi onu müqəddəs Tuva vadisində səsləyib demişdi:
  17. “Fironun yanına yollan! O, həddini çox aşmışdır.
  18. De: “(Günahlardan) xilas olmaq istəyirsənmi?
  19. Səni Rəbbinə doğru yönəldimmi ki, (Ondan) qorxub çəkinəsən?”
  20. (Musa) ən böyük möcüzəni (Firona) göstərdi.
  21. O isə (haqqı) yalan sayıb üsyankar olduğunu göstərdi.
  22. Sonra da üz döndərib (fəsad törətməyə) girişdi.
  23. O, (camaatını) toplayıb (onlara hündür səslə müraciət edərək)
  24. dedi: “Sizin ən uca rəbbiniz mənəm!”
  25. (Belə olduqda), Allah da onu dünya və Axirət əzabı ilə yaxaladı.
  26. Həqiqətən, bunda (Allahdan) qorxanlardan ötrü işarə var.
  27. Sizin yaradılışınız çətindir, yoxsa göyün? O, onu qurdu,
  28. onun qübbəsini yüksəltdi və düzəldib kamilləşdirdi,
  29. gecəsini qaranlıq edib, səhərini də (nurlandırdı).
  30. Sonra yeri döşəyib,
  31. onda su və otlaq yaratdı,
  32. dağları da yerə bərkitdi.
  33. (Bunlar) sizin və mal-qaranızın faydalanmasından ötrüdür.
  34. Ən böyük fəlakətin gəldiyi zaman –
  35. o gün insan törətdiklərini xatırlayacaqdır.
  36. Cəhənnəm isə hər görmə qabiliyyətliyə göstəriləcəkdir.
  37. Kim həddi aşmışsa,
  38. dünya həyatını (axirətdən )üstün bilmişsə,
  39. həqiqətən, Cəhənnəm onun sığınacağı olacaqdır.
  40. Ancaq kim Rəbbinin hüzuruna gələcəyindən qorxmuş və nəfsinə ehtirası yasaq etmişsə,
  41. həqiqətən, Cənnət onun məskəni olacaq.
  42. Səndən o Saat barəsində: “O nə vaxt qopacaq?”– (deyə) soruşurlar.
  43. Sən onu haradan biləsən axı?!
  44. Onu kamil bilmək sənin Rəbbinə aiddir.
  45. Sən yalnız ondan qorxanı xəbərdar edənsən.
  46. Onlar Qiyaməti gördükləri an (dünyada) yalnız bir axşam çağı və yaxud bir gündüz qədər yaşadıqlarını güman edəcəklər!