76. əl-İnsan

Last Updated: Dekabr 1st, 2022|Views: 60|3,6 min read|
bismillahir-rahmanir-rahim
  1. Doğrudanmı insanın heç kimə məlum olmadığı bir dövr hələ də ötüb keçməmişdir?
  2. İnsanı qarışdırılmış nütfədən yaradaraq onu sınaqdan keçirmək məqsədilə eşidən və görən etdik.
  3. Şübhəsiz ki, Biz ona yol göstərdik! Fərqi yoxdur, ya şükür etsin, ya da naşükür olsun.
  4. Doğrudan da, kafirlərdən ötrü zəncirlər, buxovlar və alovsaçan od hazırlamışıq.
  5. Sözsüz ki, itaətkarlar kafur qatılmış (şərabla dolu) badələrdən nuş edəcəklər.
  6. (Bu elə) bir bulaqdır ki, Allahın qulları ondan (doyunca) içər və onun mənsəbini istədikləri səmtə yönəldərlər.
  7. Onlar vəd etdikləri nəziri verər və vəhşəti (hər yeri) sarsıdacaq Gündən qorxarlar.
  8. Onlar özlərinin istədikləri şeylərdən kasıba, yetimə və əsirə də verərlər
  9. (və deyərlər): “Biz sizi yalnız Allahın Üzü xatirinə yedirdirik və sizdən nə əvəzini, nə də minnətdarlıq gözləmirik!
  10. Əslində, biz, Rəbbimizdən gələ bilən çox kəskin və ağır bir gündən ehtiyat edirik!”
  11. Bunun əvəzində Allah da onları həmin günün şərindən qoruyar və onlara gözəllik və sevinc nəsib edər
  12. və onlara səbr etdiklərinə görə Cənnəti bəxş edər və (orada geyəcəkləri) ipəklə mükafatlandırar.
  13. (Onlar) orada taxtlar üzərində (mütəkkələrə) dirsəklənəcək və orada nə günəş, nə də şaxta görməyəcəklər.
  14. (Cənnət ağaclarının) kölgələri (özləri) onlara yaxınlaşacaq, meyvələri də tam onların ixtiyarına veriləcək.
  15. Onların ətrafına (təamlarla dolu) gümüşdən hazırlanmış qablar və büllur qədəhlər dolandırılacaq.
  16. Gümüşdən olan elə büllur qədəhlər ki, (xidmətçilər )onları (cənnətdəkilərin )içmək istədikləri həcmdə hazırlamışlar.
  17. Orada onlara zəncəfil qatılmış (şərab) badəsi içirdiləcək.
  18. (Bu elə) bir bulaqdandır ki, (o,) (Cənnətdə) Səlsəbil adlanır.
  19. Onların ətrafında həmişə gənc olan (xidmətçi )cavanlar dolanacaqlar. Onları gördükdə səpələnmiş mirvari dənələri olduqlarını sanarsan.
  20. (Cənnətdə) hara baxsan nemət və əzəmətli səltənət (nişanəsi) görərsən.
  21. Onlar əyinlərinə taftadan və atlazdan yaşıl paltarlar geyəcəklər. Onların (qoluna) gümüş bilərziklər bağlanacaq. Onların Rəbbi onlara tərtəmiz şərab içirdəcəkdir.
  22. (Onlara deyiləcəkdir): “Həqiqətən, bu sizə bir hədiyyədir və səyiniz təşəkkürə layiqdir”.
  23. Biz Quranı sənə hissə-hissə aramla nazil etdik.
  24. Belə ki, Rəbbinin qərar verəcəyinə qədər səbr et və onlardan heç bir günahkara və ya nankora itaət etmə!
  25. Səhər-axşam Rəbbinin adını zikr et!
  26. Gecənin bir hissəsində Ona səcdə et və gecədə uzun müddət Onun şəninə təriflər de!
  27. Əsl həqiqətdə, bunlar ötəri dünyanı üstün tutaraq (qarşılarındakı) Ağır Günü görməməzliyə vururlar.
  28. Biz onları yaratdıq və xilqətini möhkəmlətdik. Əgər istəsək, (onları) özlərinə bənzərləri ilə dəyişdirərik.
  29. Həqiqətən, bu bir ibrətdir. İstəyən, Rəbbinə doğru aparan bir yol tutar.
  30. Amma Allah istəməyincə, siz istəyə bilməzsiniz! Həqiqətən, Allah Biləndir, Müdrikdir!
  31. O, istədiyini Öz mərhəmətinə nail edər. Zalımlara isə, O, ağrılı-acılı əzab hazırlamışdır.