75. əl-Qiyamə

Last Updated: Dekabr 1st, 2022|Views: 163|2,3 min read|
bismillahir-rahmanir-rahim
  1. And içirəm Qiyamət gününə!
  2. And içirəm peşmançılıq çəkən nəfsə!
  3. İnsan elə düşünür ki, Biz onun sümüklərini yığa bilməyəcəyik.
  4. Mütləq (yığacağıq)! Biz onun barmaq uclarını bərpa etməyə qadirik.
  5. Lakin insan (bundan sonra da) günah etmək fikrindədir.
  6. O: “Qiyamət günü nə vaxt olacaq!”– deyə (rişxəndlə) soruşur.
  7. Gözlər bərələ qalacağı,
  8. ay tutulacağı
  9. və günəşlə ayın qovuşacağı zaman –
  10. o gün insan deyəcəkdir: “Hara qaçaq?”
  11. Xeyr, (o gün )pənah aparılacaq yer tapılmayacaq.
  12. O gün qayıdış (ancaq) sənin Rəbbinə olacaqdır.
  13. O gün insana əvvəllər etdiyi və sonraya saxladığı (əməlləri) barədə xəbər veriləcəkdir.
  14. Əslində, insan öz əleyhinə şahidlik edəcəkdir;
  15. üzrlü olub-olmadığı bütün halları ortaya qoysa da.
  16. (Cəbrail sənə Quranı nazil etdikdə )onu tələm-tələsik yadda saxlamaq üçün dilini tərpətmə!
  17. Şübhəsiz ki, (sənin qəlbində) onun qərar tutması və (dilinlə) onun oxunması Bizə aiddir.
  18. Biz onu oxuduğumuz zaman sən onun oxunuşunu izlə.
  19. Sonra, sözsüz ki, onu izah etmək də Bizə aiddir.
  20. Xeyr! Əksinə, siz tez ötüb keçən (fani dünyanı )sevir,
  21. Axirətdən isə uzaqlaşırsınız.
  22. O gün (neçə-neçə) üzlər nurlanacaq
  23. və öz Rəbbinə baxacaqdır.
  24. O gün (neçə-neçə) üzlər də tutulub qaralacaq,
  25. və yəqin edəcək ki, onlara müsibət artıq üz vermişdir.
  26. Xeyr, o (ruh) körpücük sümüklərinə yetişəcəyi zaman;
  27. “Ovsunu kim oxuyacaq?”– deyiləcəkdir.
  28. (Can verən adam) (dünya həyatından) ayrıldığını yəqin edəcəyi,
  29. və baldır baldıra dolaşacağı zaman –
  30. o gün (hər kəs) Rəbbinin hüzuruna gətiriləcəkdir.
  31. O (kafir) nə (Quranı) təsdiq etdi, nə də namaz qıldı.
  32. (Haqqı) (da) yalan saydı və üz döndərdi.
  33. Sonra da lovğa-lovğa öz ailəsinin yanına getdi.
  34. Vay sənin halına, vay!
  35. Yenə də vay sənin halına, vay!
  36. Bəlkə insan özbaşına qoyulacağını güman edir?
  37. Məgər o, (kişi) toxumundan axıdılan bir damla nütfə deyildimi?
  38. Sonra laxtalanmış qan oldu. Allah (onu) yaradıb kamil bir görkəmə saldı.
  39. Ondan da bir cüt kişi və qadın yaratdı.
  40. Məgər O, ölüləri diriltməyə qadir deyil?