68. əl-Qaləm

Last Updated: Dekabr 1st, 2022|Views: 79|4,6 min read|
bismillahir-rahmanir-rahim
  1. Nun. And olsun qələmə və qələmə alınanlara!
  2. Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
  3. Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
  4. Həqiqətən də, sən böyük əxlaq sahibisən!
  5. Sən də görəcəksən, onlar da –
  6. hansınızın dəli olduğunu.
  7. Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
  8. Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə.
  9. (Müşriklər) istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
  10. İtaət etmə hər tez-tez and içənə, alçağa,
  11. qeybət edənə, dedi-qodu yayana,
  12. xeyrə mane olana, həddi aşana, günahkara,
  13. daş ürəkliyə, bunlardan sonra da (başqasının adını mənimsəyən) fırıldaqçıya –
  14. o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə.
  15. Ayələrimiz ona oxunduğu zaman: “Bu, keçmişdəkilərin əsatirlərindəndir!”- deyər.
  16. Biz onun burnuna damğa vuracağıq.
  17. Həqiqətən, Biz bağ sahiblərini sınağa çəkdiyimiz kimi onları da sınağa çəkdik. O zaman (bağ sahibləri) səhər açılanda (bağda olan meyvələri) mütləq dərəcəklərinə and içmişdilər
  18. və heç bir istisna da etməmişdilər.
  19. Onlar yuxuda ikən Rəbbinin əzabı (o bağı) bürüdü.
  20. (Bağ) (yanıb) zülmət gecə kimi (qapqara) oldu.
  21. Onlar səhər qalxdıqda bir-birlərini çağırdılar:
  22. “Əgər (meyvə) dərəcəksinizsə, bağınıza erkən gedin!”
  23. Onlar (bağa) yollandılar, (yol boyu da) bir-birlərinə (belə )pıçıldayırdılar:
  24. “Bu gün oraya – yanınıza heç bir kasıb girməsin!”
  25. Onlar bu məqsədlə (kasıbları bağa buraxmamağa) qadir olacaqlarını zənn edib erkən getdilər.
  26. (Bağı) görəndə isə (belə) dedilər: “Deyəsən, biz düz gəlməmişik!
  27. Xeyr! Biz (bu bağın xeyrindən) məhrum olmuşuq!”
  28. Onların ən insaflısı dedi: “Məgər mən sizə (Allahın şəninə) təriflər söyləyin deməmişdimmi?”
  29. Onlar dedilər: “Rəbbimiz pakdır, müqəddəsdir! Həqiqətən də, biz özümüzə zülm etmişik!”
  30. Onlar dönüb bir-birlərini qınamağa başladılar
  31. (və) dedilər: “Vay halımıza! Biz həddi aşanlarıq!
  32. Ola bilsin ki, Rəbbimiz bizə (bu bağın) əvəzinə ondan daha yaxşısını versin. Əlbəttə, biz Rəbbimizə yönəlirik”.
  33. (Dünyadakı )əzab belədir. Axirət əzabı isə daha böyükdür! Kaş biləydilər!
  34. Şübhəsiz ki, müttəqilər üçün Rəbbin dərgahında Nəim bağları hazırlanmışdır.
  35. Biz heç müsəlmanları günahkarlara tay tutarıqmı?
  36. Sizə nə olub, necə hökm verirsiniz?
  37. Yoxsa sizin elə bir kitabınız vardır ki, (üsyankarla itaətkarın eyni olduğunu) ondan oxuyursunuz?
  38. (Ya da) onda bəyəndiyiniz hər bir şeyin sizin olacağı (yazılmışdır)?
  39. Yaxud Bizimlə Qiyamət gününədək əhd bağlamısınız ki, istədiyiniz hər şey sizin olacaqdır?
  40. Onlardan soruş ki, kim buna zamin duracaqdır?
  41. Yoxsa onların şərikləri vardır? Əgər doğru danışırlarsa, onda qoy şəriklərini gətirsinlər.
  42. Baldırın açılacağı və onlar səcdəyə çağırılacaqları, lakin (buna) qadir ola bilməyəcəkləri gün –
  43. onların baxışları yazıq görkəm alacaq­, özlərini də zəlalət bürüyəcəkdir. Hərçənd ki, onlar (dünyada) ikən sağ-salamat halda səcdə qılmağa dəvət olunurdular.
  44. Bu Sözü yalan sayanları Mənim öhdəmə burax. Biz onları (tovlayıb) bilmədikləri bir yöndən tədricən (əzaba) sürükləyirik.
  45. (Hələlik) Mən onlara möhlət verirəm. Şübhəsiz ki, Mənim (kafirlər üçün qurduğum) hiyləm çox güclüdür.
  46. Yoxsa sən onlardan bir muzd istəyirsən və onlar da ağır bir borca düşüblər?
  47. Yoxsa qeyb onların əlindədir və onlar da (ona baxıb istədiklərini) yazırlar?
  48. Sən öz Rəbbinin hökmünə səbr et və balıq sahibi (Yunus )kimi olma! O zaman o, qəm-qüssə içində (Rəbbinə) dua etmişdi.
  49. Əgər Rəbbinin mərhəməti ona yetişməsəydi, o, qınanmış halda (heç bir bitki bitməyən) boş yerə atılacaqdı.
  50. Lakin Rəbbi onu seçib əməlisalehlərdən etdi.
  51. Həqiqətən, kafirlər Zikri (Quranı) eşitdikləri zaman öz baxışları ilə az qala səni gözə gətirələr. Onlar (çarəsizlikdən): “O, dəlidir!”– deyirlər.
  52. Halbuki bu (Quran) aləmlər üçün öyüd-nəsihətdən başqa bir şey deyildir.