67. əl-Mulk

Last Updated: Dekabr 1st, 2022|Views: 65|4,2 min read|
bismillahir-rahmanir-rahim
  1. Mülk Əlində Olan nə qədər xeyirxahdır. O hər şeyə qadirdir.
  2. Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır.
  3. Yeddi göyü təbəqələr şəklində quran Odur. Sən Mərhəmətli (Allahın) yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb (göyə )diqqət yetir, heç onda bir çat görürsənmi?
  4. Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özünə tərəf dönəcəkdir.
  5. Biz (sizə) yaxın olan göyü ulduzlarla bəzədik və onları şeytanlara atılan (alovlar) etdik. Biz onlar üçün yandırıb-yaxan od əzabı hazırlamışıq.
  6. Rəbbinə qarşı çıxanlar Cəhənnəm əzabına düçar olacaqlar. Ora nə pis dönüş yeridir.
  7. Onlar oraya vasil ediləndə onun dəhşətli uğultuyla qaynadığını eşidəcəklər.
  8. Cəhənnəm, qəzəbindən az qala parçalansın. Hər dəfə bir dəstə oraya atılarkən (Cəhənnəmin) gözətçiləri onlardan soruşacaqlar: “Məgər sizə xəbərdarlıq edən (bir peyğəmbər) gəlməmişdi?”
  9. Onlar deyəcəklər: “Əlbəttə, bizə qorxudan (bir peyğəmbər) gəlmişdi. Amma biz (onu) yalançı sayıb: “Allah heç bir şey nazil etməyib, siz də ancaq böyük bir azğınlıq içindəsiniz”– demişdik.
  10. Onlar deyəcəklər: “Əgər biz dinləsəydik və ya anlasaydıq alov (şölələri saçan) od sakinlərinin içində olmazdıq!”
  11. Onlar öz günahlarını etiraf edəcəklər. Rədd olsun alovlu od sakinləri!
  12. Həqiqətən, öz Rəbbindən (Onu) görmədikləri halda qorxanlar üçün bağışlanma və böyük bir mükafat vardır.
  13. Sözünüzü gizli saxlasanız da, onu açıq desəniz də, (fərqi yoxdur, ) (Allah) kökslərdə olanları bilir.
  14. Yaradan (Allah) Lətif və (hər şeydən) Xəbərdar olduğu halda, ola bilərmi ki, O, (gizlində və aşkarda olanları) bilməsin?
  15. Yeri sizin ixtiyarınıza verən Odur. Onun hər səthində gəzin və (Allahın )ruzisindən yeyin. Qayıdış da Onadır.
  16. Göydə olanın sizi yerə batırmayacağına əminsinizmi? O zaman yer hərəkətə gəlib titrəyəcəkdir.
  17. Ya da ki, göydə Olanın üstünüzə daşlar yağdırmayacağına əminsinizmi? Siz, Mənim xəbərdarlığımın necə nəticələr verdiyini biləcəksiniz.
  18. (Müşriklərdən )əvvəlkilər də bunu yalançı hesab etmişdilər. (Görəydin) Mənim inkar etməyim necə oldu!
  19. Məgər onlar (başları) üzərində dəstə-dəstə pərvazlanıb (uçan), (hərdən də qanadlarını) yığan quşları görmürlərmi? Onları (havada) ancaq Mərhəmətli (Allah) saxlayır. Şübhəsiz ki, O, hər şeyi görür.
  20. Ya da Mərhəmətli (Allahdan) başqa sizə kömək edə biləcək qoşununuzmu var? Kafirlər ancaq aldanmaqdadırlar!
  21. Ya da O Öz ruzisini kəssə, sizə kim ruzi verə bilər? Xeyr, onlar təkəbbür göstərməkdə və (haqdan) qaçmaqda davam edirlər.
  22. Elə isə üzü üstə sürünərək gedən daha doğru yoldadır, yoxsa düz yolda özü şax gedən?
  23. De: “Sizi yaradan, sizə qulaq, göz və ürək verən Odur. Necə də az şükür edirsiniz!”
  24. De: “Sizi yer üzünə yayan da Odur. Siz Onun hüzuruna toplanılacaqsınız!”
  25. Onlar deyirlər: “Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq?”
  26. De: “(Buna aid) bilgi yalnız Allah yanındadır. Mən isə ancaq xəbərdar və bəyan edənəm!”
  27. Kafirlər əzabın yaxın olduğunu gördükdə üzləri eybəcər görkəm alacaq və (onlara): “Sizin durmadan istədiyiniz (əzab) bax budur!”– deyiləcəkdir.
  28. De: “Deyin görüm, əgər Allah məni və mənimlə birlikdə olanları məhv edərsə və ya bizə mərhəmət göstərərsə, (bəs) (siz) kafirləri ağrılı-acılı əzabdan kim qurtara bilər?”
  29. De: “O, ər-Rəhmandır! Biz Ona iman gətirib, Ona təvəkkül etmişik. Kimin tam azğınlıq içində olduğunu (tezliklə) biləcəksiniz.
  30. De: “Deyin görüm, əgər suyunuz (yerin dibinə )çöksə, (Allahdan başqa) kim sizə axar su gətirə bilər?”