53. ən-Nəcm

Last Updated: Dekabr 1st, 2022|Views: 63|4,5 min read|
bismillahir-rahmanir-rahim
  1. And olsun batmaqda olan ulduza!
  2. Sizin yoldaşınız nə (haqdan) azmış, nə də (yoldan) çıxmışdır.
  3. O, öz istəyi ilə danışmır.
  4. Bu, ona təlqin edilən bir vəhydir.
  5. Bunu ona çox qüvvətli olan öyrətdi –
  6. gözəl görünüşlü (Cəbrail). O, yüksəlib (öz surətində göründü).
  7. O, ən uca üfüqdə idi.
  8. Sonra (Muhəmmədə) yaxınlaşıb aşağı endi.
  9. O, iki yay uzunluğunda, hətta ondan da yaxın məsafədə idi.
  10. Sonra (Allah) Öz quluna nazil edəcəyini vəhy etdi.
  11. (Peyğəmbərin) qəlbi gördüyünü yalan saymadı.
  12. İndi siz onunla gördüyü şey barəsində mübahisəmi edirsiniz?
  13. Onu bir daha (özsürətində) enərkən gördü –
  14. son həddəki Sidr ağacının yanında.
  15. Məva bağı da onun yanındadır.
  16. O zaman Sidr ağacını bürüyən bürümüşdü.
  17. (Peyğəmbərin) gözü yayınmadı və həddi aşmadı.
  18. O, öz Rəbbinin ən böyük dəlillərindən (bəzisini )gördü.
  19. Siz (tapındığınız) Lat və Uzzanı gördünüzmü?
  20. Həmçinin üçüncü olan Mənatı da?
  21. Məgər oğlanlar sizin, qızlar Onundurmu?
  22. Onda bu ədalətsiz bölgü olardı!
  23. Onlar sizin və atalarınızın qoyduqları adlardan başqa bir şey deyildir. Allah onlar haqqında heç bir dəlil nazil etməmişdir. Onlar yalnız zənnə və nəfslərinin istəklərinə uyarlar. Halbuki Rəbbindən onlara doğru yolu göstərən rəhbər artıq gəlmişdir.
  24. Yoxsa insan üçün istədiyi hər şey hazırlanmışdır?
  25. Axirət də, dünya da Allahındır.
  26. Göylərdə neçə-neçə mələklər vardır ki, onların şəfaəti Allahın istədiyi və Özünün razı qaldığı kimsələrdən başqa (heç kəsə) heç bir fayda verməz.
  27. Axirətə inanmayanlar, həqiqətən də, mələklərə qadın adları verirlər.
  28. Halbuki buna dair heç bir bilgiləri yoxdur. Sadəcə olaraq zənnə qapılırlar. Zənn isə əsla həqiqət ola bilməz.
  29. Sən də Bizim Zikrimizi rədd edib dünya həyatından başqa bir şey istəməyənlərdən üzünü yana çevir!
  30. Onların bilik səviyyəsi budur. Şübhəsiz ki, sənin Rəbbin Onun yolundan azanı da, doğru yolla gedəni də yaxşı tanıyır.
  31. Göylərdə və yerdə nə varsa, Allahındır. (Bu, Allahın) pislik edənlərə əməllərinin cəzasını verməsi, yaxşılıq edənləri isə ən gözəli ilə (Cənnətlə) mükafatlandırması üçündür.
  32. Onlar kiçik günahlar istisna olmaqla, böyük günahlardan və iyrənc əməllərdən çəkinirlər. Həqiqətən, sənin Rəbbin geniş məğfirət sahibidir. O, sizi torpaqdan yaradanda da, siz analarınızın bətnində rüşeym halında olanda da sizi yaxşı tanıyırdı. Özünüzü təmizə çıxartmayın! Çünki O, kimin (Allahdan) qorxduğunu yaxşı bilir.
  33. Gördünmü üz çevirəni,
  34. (malından) azacıq verib sonra heç verməyəni?
  35. Məgər o, qeybi bilirmi ki, (bunu) görsün?
  36. Yoxsa Musanın səhifələrində olanlar barədə ona xəbər verilmədi?
  37. Məgər vəfalı olan İbrahimin (səhifələrində olanlar barədə ona bildirilmədi?)
  38. Heç bir günahkar başqasının günah yükünü daşımaz.
  39. İnsan can atdığı şeyə nail olar.
  40. Əlbəttə, onun can atdığı (əməl) ona nəsib olacaqdır.
  41. Sonra da ona (bunun) əvəzi tam veriləcəkdir!”
  42. Son dönüş sənin Rəbbinədir.
  43. Güldürən də, ağladan da Odur!
  44. Öldürən də, dirildən də Odur!
  45. O, (insanlardan və heyvanlardan) biri erkək və bir də dişi olmaqla iki cüt yaratdı –
  46. axıdılan bir nütfədən.
  47. Təkrar diriltmək də Ona aiddir.
  48. Dövlətli edən də, kasıb edən də Odur.
  49. Şiranın da Rəbbi Odur.
  50. O, əvvəlki Ad (tayfasını)məhv etdi.
  51. Səmudu da (məhv edib on­­lardan heç kəsi) sağ buraxmadı.
  52. Daha öncə Nuh qövmünü də (məhv etdi,) çünki onlar daha zalım, daha azğın kimsələr idi.
  53. Alt-üst olmuş kəndləri də O viran qoydu.
  54. Onların başına gətirdiyini gətirdi.
  55. Sən öz Rəbbinin hansı nemətlərinə şübhə edirsən?
  56. Bu da əvvəlki (xəbərdarlıq edib) qorxudanlar kimi bir qorxudandır.
  57. Yaxınlaşan (Qiyamət günü) yaxınlaşdı.
  58. Allahdan başqa heç kəs onun qarşısını ala bilməz.
  59. Siz bu Sözə təəccüblənirsiniz,
  60. gülürsünüz, heç ağlamırsınız,
  61. və oynayıb əylənirsiniz?
  62. Siz Allaha səcdə qılın və (Ona) ibadət edin!