52. ət-Tur
- And olsun dağa!
- And olsun yazılmış Kitaba –
- nazik dəri üzərində (olan Kitaba)!
- And olsun Beytulməmura!
- And olsun yüksək tavana!
- And olsun alovlanan dənizə!
- Rəbbinin əzabı hökmən vaqe olacaqdır.
- Heç nə onun qarşısını ala bilməz.
- O gün göy şiddətlə sarsılacaq,
- dağlar da hərəkətə gələcəkdir.
- O gün vay halına( haqqı) yalan sayanların!
- O kəslərin ki, yalan bataqlığında əylənirlər.
- O gün onlar amansızcasına (sürüdülərək) Cəhənnəm oduna atılacaqlar.
- (Onlara deyiləcək:) “Bu sizin yalan saydığınız Cəhənnəm odudur!
- Bəlkə bu da sehrdir, siz görmürsünüz?
- Yanın orada! Dözsəniz də, dözməsəniz də sizin üçün eynidir. Sizə ancaq etdiyiniz əməllərin cəzası verilir”.
- Şübhəsiz ki, müttəqilər Cənnət bağlarında və nemət içində yaşayacaqlar.
- Rəbbinin onlara bəxş etdiyinə sevinəcəklər. Rəbbi onları Cəhənnəm əzabından xilas etmişdir.
- (Onlara deyiləcək:) “Xeyirxah əməllərinizin əvəzi olaraq nuşcanlıqla yeyin, için!”
- Onlar səflərlə salınmış mütəkkələrə dirsəklənəcəklər. Biz onları iri qaragözlü hurilərlə evləndirəcəyik.
- Möminlərin imanda onların arxasınca gedən nəsillərini də (Cənnətdə) özlərinə qovuşduracağıq. Onların əməllərindən heç bir şey əskiltməyəcəyik. Hər kəs qazandığının girovudur.
- Onlara istədikləri meyvədən və ətdən bol-bol verəcəyik.
- Onlar orada bir-birinə (şərab dolu) badə uzadacaqlar. Bu (şərab) onları nə boşboğazlığa, nə də günaha təhrik etməz.
- Onların ətrafında xidmətlərinə verilmiş, qorunub saxlanılan mirvari kimi cavan oğlanlar dolanacaqlar.
- Onlar bir-birinə üz tutub soruşacaqlar.
- Onlar deyəcəklər: “Biz əvvəllər ailəmiz içində olarkən (Allahdan) qorxurduq.
- Allah da bizə mərhəmət göstərdi və bizi qızmar yel əzabından qorudu.
- Biz əvvəllər Ona dua edirdik. Həqiqətən, O, yaxşılıq edəndir, Rəhmlidir!”
- (Onlara) xatırlat! Sən öz Rəbbinin neməti sayəsində nə kahinsən, nə də dəli!
- Yoxsa onlar: “O bir şairdir. Biz onun ölümünü gözləyirik!”– deyirlər.
- De: “Gözləyin, mən də sizinlə birlikdə gözləyənlərdənəm!”
- Yoxsa onların ağılları bunu onlara əmr edir? Yaxud onlar azğın adamlardır?
- Yoxsa onlar: “Bunu özündən uydurdun!”– deyirlər. Xeyr, onlar iman gətirmirlər.
- Əgər doğru söyləyirlərsə, qoy ona (Qurana) bənzər bir kəlam gətirsinlər.
- Bəlkə onlar öz-özünə yaranıblar? Yaxud onlar yaradanlardır?
- Yoxsa onlar göyləri və yeri yaradıblar? Xeyr, onlar qətiyyən inanmırlar.
- Yoxsa sənin Rəbbinin xəzinələri onlardadır? Yaxud onlar hökm sahibidirlər?
- Yoxsa onların, üstünə çıxıb (mələklərin söhbətlərini) dinlədikləri bir nərdivanı vardır? Onda qoy onların (mələkləri) dinləyənləri anlaşıqlı bir dəlil gətirsinlər!
- Yoxsa qızlar Onun, oğlanlar isə sizindir?
- Yoxsa sən onlardan bir mükafat istəyirsən və onlar da borclu qaldıqlarına görə ağır yük altındadırlar?
- Yoxsa onlar qeybi bilir və (onu) yazırlar?
- Yoxsa bir hiylə qurmaq istəyirlər? Amma kafirlər özləri o hiylənin qurbanı olacaqlar.
- Yoxsa onların Allahdan başqa bir məbudu var? Allah onların qoşduqları şəriklərdən uzaqdır.
- Əgər onlar göy parçalarının düşdüyünü görsələr: “Bulud topasıdır!”– deyərlər.
- Sən onları sarsılacaqları günə qovuşana qədər tərk et!
- O gün hiylələri onlara heç bir fayda verməyəcək və onlara kömək göstərilməyəcəkdir.
- Həqiqətən, zalımlar üçün bundan (başqa) əzab da hazırlanmışdır. Lakin onların çoxu (bunu) bilmir.
- Sən öz Rəbbinin hökmünə səbr et! Həqiqətən, sən Bizim Gözlərimiz önündəsən. (Yuxudan) qalxdıqda Rəbbini həmd ilə zikr et!
- Gecənin bir vaxtında, bir də ulduzlar batandan sonra Onun şəninə təriflər de!