50. Qaf

Last Updated: Dekabr 1st, 2022|Views: 55|5 min read|
bismillahir-rahmanir-rahim
  1. Qaf! Şərəfli Qurana and olsun!
  2. Xeyr! Onlar içlərindən özlərini xəbərdar edən bir peyğəmbər gəldiyinə təəccüb etdilər və kafir olanlar dedilər: “Bu, çox təəccüblü bir şeydir!
  3. Biz ölüb torpaq olduqdan sonra (yenidən diriləcəyikmi)? Bu, həqiqətdən uzaq (qeyri-mümkün) bir dönüşdür”.
  4. Şübhəsiz ki, Biz torpağın onlardan nələri əskiltdiyini bilirik. Bizdə hər şeyi qoruyub saxlayan bir Kitab vardır.
  5. Xeyr! Onlara haqq (Quran) gəldiyi zaman onu yalan hesab etdilər. Onlar çaşqınlıq içindədirlər.
  6. Onlar başları üstündəki səmaya baxmadılarmı ki, Biz onu necə inşa edib bəzəmişik?! Onda heç bir yarıq (qüsur) yoxdur.
  7. Yer üzünü döşəyib orada sabit dağlar yerləşdirdik və hər növ gözəl bitki bitirdik.
  8. Bunları Allaha yönələn hər bir bəndə üçün ibrət və öyüd-nəsihət olsun deyə yaratdıq.
  9. Göydən bərəkətli su endirdik və onun vasitəsilə bağlar və biçilən dənələr (əkinlər) bitirdik.
  10. Həmçinin salxım-salxım tumurcuqları olan hündür xurma ağacları bitirdik.
  11. Bəndələrə ruzi olsun deyə! Biz o su ilə ölü bir məmləkətə can verdik. (Qəbirdən dirilib) çıxış da belə olacaqdır.
  12. Onlardan əvvəl Nuh qövmü, Rəss əhli və Səmud qövmü də (peyğəmbərləri) yalanlamışdı.
  13. Ad qövmü, Firon, Lutun qardaşları (qövmü),
  14. Eykə əhli və Tübbə qövmü də! Bunların hamısı peyğəmbərləri yalanlamış və Mənim təhdidim (əzabım) gerçəkləşmişdi.
  15. Biz ilk dəfə yaratmaqdan aciz qaldıqmı?! Xeyr! Onlar yenidən yaratma barəsində şübhə içindədirlər.
  16. Şübhəsiz ki, insanı Biz yaratdıq və nəfsinin ona verdiyi vəsvəsələri bilirik. Biz ona şah damarından daha yaxınıq.
  17. Onun sağında və solunda iki mələk oturaraq əməllərini yazır.
  18. O nə desə, mütləq yanında hazır durub ona nəzarət edərlər (yazarlar).
  19. (Ey insan!) Bu sənin qaçdığın ölüm sərxoşluğu mütləq gələcəkdir.
  20. Sura üfürüləcəkdir. Bu, vəd olunmuş gündür.
  21. Hər kəs onu sürükləyib gətirənlə və bir şahidlə gələcəkdir.
  22. Həqiqətən, sən bundan qafil idin. İndi səndən pərdəni götürdük. Bu gün gözün çox yaxşı görür.
  23. Onun yanındakı yoldaşı (mələk): “Bu yanımdakı hazırdır!” – deyəcəkdir.
  24. (Mələklərə belə əmr veriləcək:) Hər inadkar kafiri cəhənnəmə atın!
  25. Xeyrə mane olanı, həddi aşanı və (haqdan) şübhə edəni də!
  26. O, Allahla yanaşı özünə başqa bir ilah qəbul etmişdi. Buna görə də onu şiddətli əzabın içinə atın!”
  27. Onun yoldaşı (şeytan): “Ey Rəbbimiz! Onu mən azdırmadım. O özü (haqdan) uzaq bir azğınlıq içində idi”, – deyəcəkdir.
  28. Allah buyuracaq: “Mənim hüzurumda mübahisə etməyin! Mən daha əvvəl sizə xəbərdarlıq etmişdim.
  29. Mənim hüzurumda söz dəyişdirilməz və Mən bəndələrə zülm edən deyiləm!”
  30. O gün cəhənnəmə: “Dolmusanmı?” – deyə sual verəcəyik. O da: “Yenə varmı?” – deyə cavab verəcəkdir.
  31. Cənnət isə müttəqilərə yaxınlaşdırılmışdır, uzaq deyildir.
  32. Bu, sizə vəd olunandır! Cənnət daima Allaha yönələn, özünü (günahlardan) qoruyan,
  33. Görmədiyi halda Rəhman olan Allahdan qorxan və Allaha yönələn bir qəlblə gələn kimsə üçündür.
  34. Əmin-amanlıq içində ora daxil olun! Bu, əbədiyyət günüdür.
  35. Orada onlar üçün istədikləri hər şey var. Yanımızda isə daha çoxu var.
  36. Biz onlardan əvvəl özlərindən daha güclü olan və ölkələri gəzib dolaşan neçə-neçə nəsilləri məhv etdik. (Əzabdan) qurtuluş varmı?!”
  37. Həqiqətən, bunda, ağıl sahibi və gəlib diqqətlə qulaq asan kimsə üçün öyüd vardır.
  38. Həqiqətən, Biz göyləri, yeri və onların arasındakıları altı gündə yaratdıq və Biz heç bir yorğunluq hiss etmədik.
  39. Ona görə də sən onların dediklərinə səbir et! Günəş doğmamışdan və batmamışdan əvvəl Rəbbini təsbeh et (namaz qıl)!
  40. Gecənin bir vaxtında və səcdələrdən sonra Onu təsbeh et!
  41. Dinlə! Carçının yaxın bir yerdən səslənəcəyi gün –
  42. O gün onlar qorxunc səsi eşidəcəklər. O, (qəbirdən) çıxış günüdür.
  43. Həqiqətən, dirildən də, öldürən də Bizik. Axır dönüş Bizədir.
  44. O gün yer üzü onlar üçün yarılıb açılar və (qəbirlərdən çıxıb carçıya tərəf) sürətlə qaçarlar. Onları bir yerə yığmaq Bizim üçün çox asandır.
  45. Biz onların nə dediklərini çox yaxşı bilirik. Sən onları (iman gətirmələri üçün) məcbur edən deyilsən. Ona görə də sən Mənim əzabımdan qorxan kimsələrə Quranla öyüd ver!