50. Qaf
- Qaf! Şərəfli Qurana and olsun!
- Xeyr! Onlar içlərindən özlərini xəbərdar edən bir peyğəmbər gəldiyinə təəccüb etdilər və kafir olanlar dedilər: “Bu, çox təəccüblü bir şeydir!
- Biz ölüb torpaq olduqdan sonra (yenidən diriləcəyikmi)? Bu, həqiqətdən uzaq (qeyri-mümkün) bir dönüşdür”.
- Şübhəsiz ki, Biz torpağın onlardan nələri əskiltdiyini bilirik. Bizdə hər şeyi qoruyub saxlayan bir Kitab vardır.
- Xeyr! Onlara haqq (Quran) gəldiyi zaman onu yalan hesab etdilər. Onlar çaşqınlıq içindədirlər.
- Onlar başları üstündəki səmaya baxmadılarmı ki, Biz onu necə inşa edib bəzəmişik?! Onda heç bir yarıq (qüsur) yoxdur.
- Yer üzünü döşəyib orada sabit dağlar yerləşdirdik və hər növ gözəl bitki bitirdik.
- Bunları Allaha yönələn hər bir bəndə üçün ibrət və öyüd-nəsihət olsun deyə yaratdıq.
- Göydən bərəkətli su endirdik və onun vasitəsilə bağlar və biçilən dənələr (əkinlər) bitirdik.
- Həmçinin salxım-salxım tumurcuqları olan hündür xurma ağacları bitirdik.
- Bəndələrə ruzi olsun deyə! Biz o su ilə ölü bir məmləkətə can verdik. (Qəbirdən dirilib) çıxış da belə olacaqdır.
- Onlardan əvvəl Nuh qövmü, Rəss əhli və Səmud qövmü də (peyğəmbərləri) yalanlamışdı.
- Ad qövmü, Firon, Lutun qardaşları (qövmü),
- Eykə əhli və Tübbə qövmü də! Bunların hamısı peyğəmbərləri yalanlamış və Mənim təhdidim (əzabım) gerçəkləşmişdi.
- Biz ilk dəfə yaratmaqdan aciz qaldıqmı?! Xeyr! Onlar yenidən yaratma barəsində şübhə içindədirlər.
- Şübhəsiz ki, insanı Biz yaratdıq və nəfsinin ona verdiyi vəsvəsələri bilirik. Biz ona şah damarından daha yaxınıq.
- Onun sağında və solunda iki mələk oturaraq əməllərini yazır.
- O nə desə, mütləq yanında hazır durub ona nəzarət edərlər (yazarlar).
- (Ey insan!) Bu sənin qaçdığın ölüm sərxoşluğu mütləq gələcəkdir.
- Sura üfürüləcəkdir. Bu, vəd olunmuş gündür.
- Hər kəs onu sürükləyib gətirənlə və bir şahidlə gələcəkdir.
- Həqiqətən, sən bundan qafil idin. İndi səndən pərdəni götürdük. Bu gün gözün çox yaxşı görür.
- Onun yanındakı yoldaşı (mələk): “Bu yanımdakı hazırdır!” – deyəcəkdir.
- (Mələklərə belə əmr veriləcək:) Hər inadkar kafiri cəhənnəmə atın!
- Xeyrə mane olanı, həddi aşanı və (haqdan) şübhə edəni də!
- O, Allahla yanaşı özünə başqa bir ilah qəbul etmişdi. Buna görə də onu şiddətli əzabın içinə atın!”
- Onun yoldaşı (şeytan): “Ey Rəbbimiz! Onu mən azdırmadım. O özü (haqdan) uzaq bir azğınlıq içində idi”, – deyəcəkdir.
- Allah buyuracaq: “Mənim hüzurumda mübahisə etməyin! Mən daha əvvəl sizə xəbərdarlıq etmişdim.
- Mənim hüzurumda söz dəyişdirilməz və Mən bəndələrə zülm edən deyiləm!”
- O gün cəhənnəmə: “Dolmusanmı?” – deyə sual verəcəyik. O da: “Yenə varmı?” – deyə cavab verəcəkdir.
- Cənnət isə müttəqilərə yaxınlaşdırılmışdır, uzaq deyildir.
- Bu, sizə vəd olunandır! Cənnət daima Allaha yönələn, özünü (günahlardan) qoruyan,
- Görmədiyi halda Rəhman olan Allahdan qorxan və Allaha yönələn bir qəlblə gələn kimsə üçündür.
- Əmin-amanlıq içində ora daxil olun! Bu, əbədiyyət günüdür.
- Orada onlar üçün istədikləri hər şey var. Yanımızda isə daha çoxu var.
- Biz onlardan əvvəl özlərindən daha güclü olan və ölkələri gəzib dolaşan neçə-neçə nəsilləri məhv etdik. (Əzabdan) qurtuluş varmı?!”
- Həqiqətən, bunda, ağıl sahibi və gəlib diqqətlə qulaq asan kimsə üçün öyüd vardır.
- Həqiqətən, Biz göyləri, yeri və onların arasındakıları altı gündə yaratdıq və Biz heç bir yorğunluq hiss etmədik.
- Ona görə də sən onların dediklərinə səbir et! Günəş doğmamışdan və batmamışdan əvvəl Rəbbini təsbeh et (namaz qıl)!
- Gecənin bir vaxtında və səcdələrdən sonra Onu təsbeh et!
- Dinlə! Carçının yaxın bir yerdən səslənəcəyi gün –
- O gün onlar qorxunc səsi eşidəcəklər. O, (qəbirdən) çıxış günüdür.
- Həqiqətən, dirildən də, öldürən də Bizik. Axır dönüş Bizədir.
- O gün yer üzü onlar üçün yarılıb açılar və (qəbirlərdən çıxıb carçıya tərəf) sürətlə qaçarlar. Onları bir yerə yığmaq Bizim üçün çox asandır.
- Biz onların nə dediklərini çox yaxşı bilirik. Sən onları (iman gətirmələri üçün) məcbur edən deyilsən. Ona görə də sən Mənim əzabımdan qorxan kimsələrə Quranla öyüd ver!