47. Muhəmməd

Last Updated: Dekabr 1st, 2022|Views: 219|8 min read|
bismillahir-rahmanir-rahim
  1. Allah inkar edənlərin və (insanları) Öz yolundan döndərənlərin əməllərini boşa çıxarmışdır.
  2. Allah iman gətirən, yaxşı əməllər edən və Rəbbindən Mühəmmədə haqq olaraq nazil olana (Qurana) inananların günahlarının üstünü örtəcək və onların vəziyyətini yaxşılaşdıracaqdır.
  3. Çünki kafirlər batilə, iman gətirənlər isə Rəbbindən gələn haqqa tabe olmuşlar. Allah onların hallarını insanlara belə izah edir.
  4. Müharibədə kafirlərlə qarşılaşdığınızda onların boyunlarını vurun! Nəhayət, onları məğlub etdiyiniz zaman əsirləri kəndirlə möhkəm bağlayın! Müharibə qurtardığı zaman ya əvəzsiz, ya da fidyə qarşılığında (əsirləri azad edin). Budur! Əgər Allah istəsəydi, onlardan intiqam alardı. Lakin O sizi biri-birinizlə sınağa çəkmək istəyir. Allah Öz yolunda öldürülənlərin əməllərini boşa çıxarmaz.
  5. Allah onları doğru yola yönəldəcək və onların vəziyyətini yaxşılaşdıracaqdır.
  6. Onları özlərinə tərif etdiyi cənnətə daxil edəcəkdir.
  7. Ey iman gətirənlər! Əgər Allaha (Allahın dininə) yardım etsəniz, O da sizə yardım edər və mövqeyinizi möhkəmləndirər.
  8. Məhv olsun kafirlər! Allah onların əməllərini boşa çıxarmışdır.
  9. Çünki onlar Allahın nazil etdiyini bəyənmədilər. Buna görə də Allah onların əməllərini puça çıxardı.
  10. Onlar yer üzündə gəzib özlərindən əvvəlkilərin aqibətinin necə olduğuna baxmadılarmı?! Allah onları məhv etmişdi. Onun bənzəri kafirlərin başına da gələcək.
  11. Çünki Allah iman gətirənlərin himayədarıdır. Kafirlərin isə heç bir himayədarı yoxdur.
  12. Həqiqətən, Allah iman gətirib yaxşı işlər görənləri altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Kafirlər isə (dünya nemətlərindən) faydalanır və heyvanlar kimi yeyirlər. Onların yeri cəhənnəmdir.
  13. Səni çıxartdıqları şəhərdən daha güclü neçə-neçə şəhərlər var idi ki, Biz onları məhv etdik və onların heç bir köməkçisi də olmadı.
  14. Rəbbindən gələn açıq-aydın bir dəlilə əsaslanan kimsə pis əməli özünə gözəl göstərilən və nəfsinin arzularına uyan kimsə kimi ola bilərmi?!
  15. Müttəqilərə vəd olunan cənnət belədir: orada xarab olmayan sudan, dadı dəyişməyən süddən, içənlərə ləzzət verən şərabdan və süzmə baldan çaylar vardır. Orada onlar üçün hər cür meyvə və Rəbbi tərəfindən məğfirət vardır. Elə isə o kimsə cəhənnəmdə əbədi qalan və qaynar su içirdilib bağırsaqları parçalanan biri kimi ola bilərmi?!
  16. Onların arasında səni dinləyənlər də var. Nəhayət, sənin yanından çıxdıqları zaman elm verilmiş kimsələrdən: “O (Mühəmməd) bir az əvvəl nə deyirdi?” – deyə soruşurlar. Onlar Allahın qəlblərinə möhür vurduğu və öz nəfslərinin arzularına uyan kimsələrdir. (Münafiqlər Həzrət Peyğəmbərin hüzurunda olanda, yaxud xütbə verilərkən ona qulaq asır, sonra da ələ salmaq məqsədilə İbn Məsud və İbn Abbas kimi səhabələrə yaxınlaşaraq bir az əvvəl Peyğəmbərin nə dediyini onlardan soruşurdular. Yuxarıdakı ayə onların bu davranışlarına işarə edir.)
  17. Doğru yolda olanlara gəldikdə, Allah onların doğruluqlarını artırar və onları təqvalı edər.
  18. Onlar qiyamətin özlərinə qəflətən gəlməsinimi gözləyirlər? Artıq onun əlamətləri gəlmişdir. Qiyamət gəlib çatdığı zaman ibrət almaları onlara heç bir fayda verməyəcəkdir.
  19. Bil ki, Allahdan başqa heç bir ilah yoxdur. Həm öz günahlarının, həm də mömin kişi və qadınların günahlarının bağışlanmasını dilə! Allah gəzib dolaşdığınız yeri də, (gecə) qaldığınız yeri də bilir.
  20. Möminlər: “(Cihad haqqında) bir surə nazil olmalı deyildimi?” – deyirdilər. Ancaq hökmü açıq olan bir surə nazil olub orada döyüşdən bəhs edildiyi zaman qəlblərində xəstəlik olanların ölüm ayağında bayılan kimsənin baxdığı kimi sənə baxdıqlarını görərsən. Onlara yaraşan da budur!
  21. Onların vəzifəsi itaət etmək və gözəl söz söyləməkdir. (Cihad barəsindəki) iş qətiləşdikdə Allaha (verdikləri sözə) sadiq qalsaydılar, şübhəsiz ki, onlar üçün daha yaxşı olardı.
  22. Əgər (haqq yoldan) üz döndərsəniz, ola bilsin ki, yer üzündə fitnə-fəsad törədəcək və qohumluq əlaqələrini kəsəcəksiniz.
  23. Onlar Allahın lənətlədiyi və qulaqlarını kar, gözlərini də kor etdiyi kəslərdir.
  24. Bəs onlar Quranı düşünmürlərmi?! Yoxsa qəlblərində qıfıllarmı var?!
  25. Haqq yol özlərinə bəlli olduqdan sonra buna arxa çevirənlərə gəldikdə, şeytan (bu hərəkətlərini) onlara gözəl göstərmiş və (uzun ömür sürəcəklərinə dair) ümid vermişdir.
  26. Çünki onlar Allahın endirdiyini bəyənməyənlərə: “Bəzi məsələlərdə sizə itaət edəcəyik!” – dedilər. Halbuki Allah onların gizlətdiklərini bilir. (Bu ayədə münafiqlərin Həzrət Peyğəmbərə düşmənçilik edəcəklərinə və müsəlmanların onunla birlikdə döyüşmələrinə mane olacaqlarına dair yəhudi və müşriklərə söz verdiklərinə işarə olunur.)
  27. Bəs mələklər onların üzlərinə və arxalarına vura-vura canlarını alarkən onların vəziyyəti necə olacaq?!
  28. Çünki onlar Allahı qəzəbləndirən şeylərə uydular və Onun razı qaldığı şeyləri bəyənmədilər. Buna görə də Allah onların əməllərini puç etdi.
  29. Yoxsa qəlblərində xəstəlik olanlar (münafiqlər) Allahın onların kinlərini üzə çıxartmayacağınımı zənn etdilər?
  30. Əgər istəsəydik, onları, əlbəttə, sənə göstərərdik. Beləcə, sən də onları üzlərindən tanıyardın. Həqiqətən, sən onları danışıq tərzlərindən tanıyarsan. Allah sizin əməllərinizi bilir. (Rəvayətə görə, bu ayə nazil olduqdan sonra bütün münafiqlər Həzrət Peyğəmbərə bəlli olmuşdu. Münafiqlərin digər bir xüsusiyyəti də o idi ki, danışdıqları zaman üstüörtülü sözlərdən istifadə edərək müsəlmanları incidirdilər.)
  31. Həqiqətən, içinizdən cihad edənləri və səbir edənləri ortaya çıxarana qədər sizi sınayacaq və haqqınızdakı xəbərləri yoxlayacağıq.
  32. Kafir olub (insanları) Allahın yolundan döndərənlər və doğru yol özlərinə bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxanlar Allaha heç bir zərər verə bilməzlər. Allah onların əməllərini puç edəcəkdir.
  33. Ey iman gətirənlər! Həm Allaha, həm də Peyğəmbərə itaət edin və əməllərinizi puça çıxarmayın!
  34. Kafir olub insanları Allahın yolundan döndərən, sonra da kafir kimi ölənləri Allah əsla bağışlamayacaqdır.
  35. Ona görə də (döyüşdə) zəiflik göstərməyin və siz üstün vəziyyətdə ikən (onları) sülhə çağırmayın! Allah sizinlə bərabərdir. O sizin əməllərinizi əsla əskiltməyəcəkdir.
  36. Dünya həyatı yalnız oyun və əyləncədən ibarətdir. Əgər iman gətirib Allahdan qorxsanız, O sizin mükafatınızı verəcəkdir. O sizdən bütün mal-dövlətinizi istəmir.
  37. Əgər Allah bunu (bütün malınızı) sizdən istəsəydi və israrla tələb etsəydi, siz xəsislik edəcəkdiniz və O sizin kininizi ortaya çıxaracaqdı.
  38. Budur, siz Allah yolunda infaq etməyə dəvət olunursunuz. Ancaq içinizdə xəsislik edənlər var. Kim xəsislik edərsə, ancaq öz əleyhinə xəsislik etmiş olar. Allah zəngindir, siz isə yoxsulsunuz. Əgər (haqdan) üz döndərsəniz, O sizin yerinizə başqalarını gətirər. Onlar isə sizin kimi olmazlar.