44. əd-Duxan

Last Updated: Dekabr 1st, 2022|Views: 81|5,7 min read|
bismillahir-rahmanir-rahim
  1. Ha, Mim!
  2. Açıq-aydın olan bu Kitaba and olsun ki,
  3. Biz onu mübarək bir gecədə (Qədr gecəsində) nazil etdik. Şübhəsiz ki, Biz xəbərdarlıq edirik.
  4. Hər hikmətli iş o gecə ayırd edilir –
  5. Tərəfimizdən verilən bir əmr ilə. Həqiqətən, Biz elçilər göndəririk.
  6. Rəbbindən bir rəhmət olaraq! Şübhəsiz, O, hər şeyi eşidəndir, biləndir.
  7. Əgər yəqinliklə inanırsınızsa, bilin ki, O, göylərin, yerin və onların arasındakıların Rəbbidir.
  8. Ondan başqa heç bir ilah yoxdur! Dirildən də, öldürən də Odur. O, həm sizin, həm də əcdadınızın Rəbbidir.
  9. Xeyr! Onlar şübhə içində əylənirlər.
  10. Ona görə də sən göydən açıq-aydın bir duman gələcəyi günü gözlə! (Ayədəki “duman” haqqında iki rəvayət vardır. Bir rəvayətə görə, dumandan məqsəd qıtlıq və quraqlıqdır. Çünki o dövrdə şiddətli quraqlıq və qıtlıq olmuş, qüreyşlilər də buna görə Həzrət Peyğəmbərə müraciət etmişdilər. Digər bir rəvayətə görə isə, bu duman qiyamət əlamətlərindən olub şərq və qərbin arasını bürüyəcək gerçək bir dumandır.)
  11. O duman insanları bürüyəcəkdir. Bu, acı bir əzabdır.
  12. (O zaman insanlar belə deyəcəklər:) “Ey Rəbbimiz, bizi bu əzabdan xilas et! Həqiqətən, biz iman gətirmişik”.
  13. İndi onların öyüd-nəsihəti qəbul etmələrinin nə xeyri var?! Halbuki onlara açıq-aşkar bir peyğəmbər gəlmişdi.
  14. Sonra ondan üz döndərmiş və: “O, öyrədilmiş bir divanədir”, – demişdilər.
  15. Biz sizi əzabdan bir az xilas edəcəyik, ancaq siz yenə (əvvəlki halınıza) geri dönəcəksiniz.
  16. Onlara güclü bir zərbə endirəcəyimiz gün, şübhəsiz, Biz intiqamımızı alacağıq.
  17. Biz onlardan əvvəl Firon qövmünü də sınağa çəkmişdik. Onlara şərəfli bir peyğəmbər gəlmişdi.
  18. (O belə demişdi:) “Allahın bəndələrini mənə verin! Həqiqətən, mən sizə göndərilən etibarlı bir peyğəmbərəm.
  19. Allaha qarşı təkəbbürlənməyin! Şübhəsiz, mən sizə açıq-aydın bir dəlil gətirmişəm.
  20. Sizin məni daşqalaq etməyinizdən mənim də, sizin də Rəbbiniz olan Allaha sığınmışam.
  21. Əgər mənə inanmırsınızsa, məndən uzaq durun!”
  22. Musa: “Həqiqətən, bunlar günahkar bir qövmdür!” – deyərək Rəbbinə səsləndi.
  23. (Allah buyurdu:) “Bəndələrim (İsrail oğulları) ilə birlikdə gecə yola çıx! Siz (Firon ordusu tərəfindən) təqib olunacaqsınız.
  24. Dənizi (yarıb keçdikdən sonra) açıq qoy! Şübhəsiz ki, onlar suda boğulacaq bir ordudur”. (Bundan sonra Həzrət Musa əsasını dənizə vurmuş və dəniz yarılmışdı. Musa peyğəmbər və qövmü dənizi keçdikdən sonra onların arxasınca gələn Firon və ordusu suda boğularaq məhv olmuşdu.)
  25. Onlar qoyub getdilər neçə-neçə bağları, çeşmələri,
  26. Əkinləri, gözəl məkanları,
  27. Ləzzət aldıqları nemətləri.
  28. Beləcə, Biz də o nemətləri başqa bir qövmə miras qoyduq.
  29. Göy və yer onların arxasınca ağlamadı. Onlara möhlət də verilmədi.
  30. Biz İsrail oğularını alçaldıcı əzabdan xilas etdik.
  31. Firondan! Həqiqətən, o, təkəbbürlü və həddi aşanlardan idi.
  32. Şübhəsiz ki, Biz onları (İsrail oğullarını) bilərək aləmlərdən (digər insanlardan) üstün etdik.
  33. Onlara içində açıq-aydın imtahan olan möcüzələr verdik. (Bu möcüzələr dənizin yarılması, buludun onlara kölgə salması, qüdrət halvası və bildirçin əti kimi nemətlər idi.)
  34. Şübhəsiz ki, bunlar (müşriklər) deyəcəklər:
  35. “Biz dünyadakı ölümümüzdən sonra bir daha dirilməyəcəyik.
  36. Əgər doğru deyirsinizsə, onda atalarımızı geri gətirin!”
  37. Onlar daha yaxşıdır, yoxsa Tübbə qövmü və onlardan əvvəlkilər?! Biz onları məhv etdik. Həqiqətən, onlar günahkar idilər.
  38. Biz göyləri, yeri və onların arasındakıları əyləncə olsun deyə yaratmadıq.
  39. Biz onları haqqa aparan bir vasitə olaraq yaratdıq, lakin onların çoxu bunu bilmir.
  40. Şübhəsiz ki, (haqqı batildən) ayırd etmə günü onların hamısı üçün təyin olunmuş bir vaxtdır.
  41. O gün dostun dosta heç bir faydası olmayacaq və onlara heç bir köməklik də göstərilməyəcəkdir.
  42. Ancaq Allahın mərhəmət etdiyi kəslər bundan istisnadır. Şübhəsiz ki, O, yenilməz qüvvət sahibidir, rəhmlidir.
  43. Zəqqum ağacı!
  44. O, günahkarların yeməyidir.
  45. O, əridilmiş yağ kimi qarınlarda qaynayar.
  46. Qaynayan su kimi!
  47. (Allah cəhənnəm mələklərinə belə buyuracaq:) “Onu tutun və cəhənnəmin ortasına sürükləyin!
  48. Sonra başından qaynar su tökərək ona əzab verin!”
  49. (Və ona deyin:) “(Əzabı) dad! Sən (özünə görə) çox qüdrətli və şərəfli biri idin”.
  50. Siz bundan şübhə edirdiniz.
  51. Şübhəsiz ki, müttəqilər əmin-amanlıqda olacaqlar.
  52. Bağçalarda və çeşmələr başında!
  53. Onlar ipəkdən və atlazdan paltarlar geyinib qarşı-qarşıya əyləşəcəklər.
  54. Həmçinin onları iri gözlü hurilərlə evləndirəcəyik.
  55. Onlar orada əmin-amanlıq içində hər cür meyvədən gətizdirəcəklər.
  56. Onlar dünyadakı ölümdən sonra orada heç bir ölümü dadmayacaqlar. Allah onları cəhənnəm əzabından qorumuşdur.
  57. Bu, Rəbbindən gələn bir lütfdür. Əsil böyük uğur budur!
  58. Bəlkə öyüd alalar deyə, onu (Quranı) sənin dilinlə asanlaşdırdıq.
  59. Buna görə də sən (onların məhvini) gözlə! Onlar da gözləyirlər.