37. əs-Saffat

Last Updated: Dekabr 1st, 2022|Views: 53|12,4 min read|
bismillahir-rahmanir-rahim
  1. And olsun (göylərdə və yerdə) səf-səf duranlara,
  2. (imansızları )qətiyyətlə qovanlara
  3. və Zikrioxuyanlara!
  4. Həqiqətən, sizin məbudunuz Təkdir!
  5. O, həm göylərin, yerin və onların arasındakıların Rəbbi, həm də məşriqlərin Rəbbidir.
  6. Biz dünya səmasını parlaq ulduzlarla bəzədik
  7. və (onu) hər bir asi şeytandan mühafizə etdik.
  8. Onlar artıq ali topluma (mələklərin söhbətlərinə) qulaq asa bilməzlər və hər tərəfdən üstlərinə (yandırıb yaxan alovlar) yağdırılar
  9. (və oradan) qovularlar. Onları uzun sürəcək bir əzab gözləyir.
  10. Lakin (şeytanlardan) hər kim (o söhbətlərdən bir söz) qapıb qaçarsa, onu yandırıb-yaxan parlaq bir alov təqib edər.
  11. (Kafirlərdən) soruş ki, onları yaratmaq çətindir, yoxsa Bizim (başqa) yaratdıqlarımızı? Biz ki onları yapışqan kimi palçıqdan yaratdıq.
  12. Sən onlara təəccüb edirsən, onlar isə (səni) ələ salırlar.
  13. Onlara xatırlatdıqda düşünüb ibrət almırlar.
  14. Bir möcüzə gördükdə isə ona istehza edir
  15. və deyirlər: “Bu ancaq gözlə görülən bir sehrdir.
  16. Məgər biz öldükdən, sür-sümük olub torpağa çevrildikdən sonra dirildiləcəyikmi?
  17. Ya da atalarımızmı (dirildiləcəklər)?”
  18. De: “Bəli, özü də, zəlil günə qalmış olduğunuz halda (dirildiləcəksiniz)”.
  19. Bu, təkcə dəhşətli bir səs olacaq və onlar qəfildən (dirilib) görməyə başlayacaqlar.
  20. (Günahkarlar) deyəcəklər: “Vay halımıza! Bu ki, Haqq-hesab günüdür!”
  21. (Onlara deyiləcək:) “Bu, yalan saydığınız Fərqləndirmə günüdür!”
  22. (Mələklərə belə əmr olunacaq:) “Toplayın bir yerə zalımları, onların yoldaşlarını və ibadət etdiklərini –
  23. Allahdan başqa. Onları Cəhənnəm yoluna yönəldin.
  24. Onları dayandırın, çünki onlar sorğu-sual olunacaqlar”.
  25. (Günahkarlara deyiləcək:) “Sizə nə olub ki, bir-birinizə kömək etmirsiniz?”
  26. Bəli, onlar bu gün baş əyəcəklər!
  27. Onlar bir-birinə üz tutub soruşacaqlar.
  28. (Tabe olanlar) deyəcəklər: “Siz bizim yanımıza sağ tərəfdən gəlirdiniz”.
  29. (Başçılar) deyəcəklər: “Xeyr! Siz inanan adamlar deyildiniz.
  30. Bizim sizin üzərinizdə heç bir hökmranlığımız da yox idi. Xeyr, siz özünüz həddi aşmış adamlar idiniz.
  31. Rəbbimizin Sözü bizim barəmizdə həqiqətə çevrildi. Biz (əzabı) hökmən dadacağıq.
  32. Biz sizi azdırdıq. Çünki biz özümüz də azmış adamlar idik”.
  33. Şübhəsiz ki, həmin gün onlar əzaba şərik olacaqlar.
  34. Həqiqətən, Biz günahkarlarla belə rəftar edəcəyik.
  35. Çünki onlara: “Allahdan başqa (ibadətə layiq olan) məbud yoxdur!”– deyildikdə təkəbbür göstərir
  36. və deyirdilər: “Məgər bir məcnun şairə görə məbudlarımızı tərk edəcəyik?”
  37. Xeyr! O, haqqı gətirdi və (əvvəlki) peyğəmbərləri təsdiqlədi.
  38. Siz mütləq ağrılı-acılı əzabı dada­­caqsınız.
  39. Siz ancaq etdiyiniz əməllərin cəzasını alacaqsınız.
  40. Lakin Allahın seçilmiş (ixlaslı) qulları müstəsnadırlar.
  41. Məhz onlar üçün müəyyən bir ruzi vardır –
  42. (Cənnət) meyvələri. Onlara ehtiram göstəriləcəkdir –
  43. Nəim bağlarında.
  44. Onlar taxtlar üstündə bir-biri ilə üzbəüz (oturacaqlar).
  45. Onlar üçün çeşmə şərabı ilə dolu piyalələr dolandırılacaqdır.
  46. Özü də ağappaq, içənlərə ləzzət verən (bir şərab).
  47. O (şərab) nə baş ağrısı verər, nə də ondan məst olarlar.
  48. Onların yanında baxışları (öz ərlərinə) dikilmiş iri qaragözlü hurilər olacaqdır.
  49. Özü də qorunub saxlanılmış yumurta kimi (hurilər).
  50. Onlar bir-birilərinə tərəf dönüb soruşacaqlar.
  51. Onlardan biri deyəcək: “Mənim bir yoldaşım var idi.
  52. O deyirdi: “Sən də inananlardansan?
  53. Məgər biz öldükdən, torpağa çevrilib sür-sümük olduqdan sonra haqq-hesaba çəkilib cəzalandırılacağıq?”
  54. O (sözünə) (davam edib) deyəcək: “Siz (onun harada olduğunu) görmək istəyirsinizmi?”
  55. O özü baxıb (yoldaşını) Cəhənnəmin ortasında görəcək
  56. və deyəcəkdir: “Allaha and olsun ki, sən məni də məhv edəcəkdin.
  57. Əgər Rəbbimin lütfü olmasaydı, mən də (Cəhənnəmə) gətirilənlərdən olardım.
  58. Doğrudanmı biz bir daha ölməyəcəyik –
  59. ilk ölümümüzdən başqa? Doğrudanmı biz heç vaxt əzaba düçar olmaya­­cağıq?”
  60. Həqiqətən, bu, böyük uğurdur.
  61. Qoy çalışanlar bunun üçün çalışsınlar!
  62. Bu ziyafət yaxşıdır, yoxsa zəqqum ağacı?
  63. Biz onu zalımlar üçün bir sınaq etdik.
  64. O, Cəhənnəmin lap dibindən bitib çıxan bir ağacdır.
  65. Onun meyvəsi şeytanların başları kimidir.
  66. (Günahkarlar) ondan yeyib qarınlarını dolduracaqlar.
  67. Sonra da üstündən onları qaynar su ilə qatışdırılmış bir içki gözləyir.
  68. Sonra onlar mütləq Cəhənnəmə qaytarılacaqlar.
  69. Həqiqətən, onlar ata-babalarını azmış gördülər,
  70. özləri də tez-tələsik onların izini tutub getdilər.
  71. Həqiqətən, onlardan öncə əvvəlki nəsillərin çoxu zəlalətə düşmüşdü.
  72. Biz onlara xəbərdar edən (peyğəmbərlər) göndərmişdik.
  73. Bax gör xəbərdar edilənlərin aqibəti necə oldu.
  74. Yalnız Allahın seçilmiş (səmimi) qullarından başqa.
  75. Nuh Bizə yalvarıb yaxardı. Biz (çağırışa) necə də gözəl cavab verənik!
  76. Biz onu və ailəsini böyük sıxıntıdan qurtardıq.
  77. Təkcə onun nəslini qoruyub saxladıq.
  78. Sonra gələnlər arasında onun üçün (gözəl xatirə) qoyduq;
  79. aləmlər içərisində Nuha salam olsun!
  80. Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.
  81. Həqiqətən, o Bizim mömin qullarımızdandır.
  82. Sonra o birilərini suya qərq etdik.
  83. Həqiqətən, İbrahim onun ardıcıllarından idi.
  84. Bir zaman o, öz Rəbbinin yanına pak bir qəlblə gəldi.
  85. Onda o, öz atasına və qövmünə dedi: “Siz nəyə sitayiş edirsiniz?
  86. Allahı qoyub uydurma məbudlarımı diləyirsiniz?
  87. Aləmlərin Rəbbi barəsində nə düşünürsünüz?”
  88. O, ulduzlara bir nəzər salaraq
  89. “Mən xəstəyəm!”– dedi.
  90. Onlar ondan üz çevirib çıxıb getdilər.
  91. O, xəlvətcə onların məbudlarının yanına gəlib (istehza ilə) dedi: “Siz (bu təamları) yemirsiniz?
  92. Sizə nə olub ki, danışmırsınız?”
  93. Sonra onlara yaxınlaşıb sağ əli ilə bir zərbə endirdi.
  94. (Bütpərəstlər) tələsik onun yanına gəldilər.
  95. O dedi: “Siz yonub düzəltdiklərinizəmi sitayiş edirsiniz?
  96. Axı sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır”.
  97. Onlar dedilər: “Bundan ötrü bir bina tikin və onu orada odlayın!”
  98. Onlar (İbrahimə) hiylə qurmaq istədilər, Biz də onları rüsvay etdik.
  99. (O dedi): “Mən Rəbbimə doğru gedirəm. O məni doğru yola yönəldəcəkdir”.
  100. O dedi: “Ey Rəbbim! Mənə əməlisalehlərdən olan (övlad) bəxş et!”
  101. Biz də onu həlim xasiyyətli bir oğlan uşağı ilə müjdələdik.
  102. O, böyüyüb (atası ilə) bərabər çalışmaq həddinə çatdıqda (İbrahim) dedi: “Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör nə düşünürsən!” O dedi: “Atacan! Sənə buyurulanı yerinə yetir. Allah qoysa mənim səbrlilərdən olduğumu görəcəksən”.
  103. Hər ikisi (Allahın əmrinə) tabe olduqları və (İbrahim) onu üzüstə yerə yıxdığı zaman
  104. Biz onu çağırıb dedik: “Ey İbrahim!
  105. Artıq sən yuxunu təsdiq etdin!” Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.
  106. Həqiqətən də bu, açıq-aydın bir imtahandır.
  107. Biz onun əvəzinə böyük bir qurbanlığı fidyə verdik.
  108. Sonradan gələnlər arasında ona (gözəl xatirə) qoyduq.
  109. İbrahimə salam olsun!
  110. Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.
  111. Həqiqətən, o, Bizim mömin qullarımızdandır.
  112. Ona əməlisalehlərdən olacaq bir peyğəmbər – İshaq ilə müjdə verdik.
  113. Biz ona və İshaqa bərəkət verdik. Hər ikisinin nəslində yaxşı iş görənləri də var, açıq-aydın özünə zülm edənləri də.
  114. Biz Musa ilə Haruna da nemət bəxş etdik.
  115. Onların hər ikisini və tayfalarını böyük sıxıntıdan qurtardıq.
  116. Onlara kömək göstərdik və qalib gəldilər.
  117. Hər ikisinə aydın bir Kitab verdik.
  118. Hər ikisini də doğru yola yönəltdik.
  119. Sonradan gələnlər arasında hər ikisinə (gözəl xatirə) qoyduq.
  120. Musaya və Haruna salam olsun!
  121. Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.
  122. Həqiqətən, onların ikisi də Bizim mömin qullarımızdandır.
  123. Şübhəsiz ki, İlyas da elçilərdəndir.
  124. Bir zaman o öz qövmünə demişdi: “Məgər qorxmursunuz?
  125. Siz yaradanların ən yaxşısını qoyub niyə Bələ yalvarırsınız –
  126. həm sizin Rəbbiniz, həm də əcdadlarınızın Rəbbi olan Allahımı (tərk edirsiniz)?”
  127. Onlar onu yalançı saydılar. Ona görə də hamısı (Cəhənnəmə) gətiriləcəkdir.
  128. Yalnız Allahın seçilmiş (səmimi )qullarından başqa.
  129. Sonradan gələnlər arasında ona (gözəl xatirə) qoyduq.
  130. İlyasinə salam olsun!
  131. Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.
  132. Həqiqətən, o Bizim mömin qullarımızdandır.
  133. Şübhəsiz ki, Lut da elçilərdəndir.
  134. Bir zaman Biz onu və bütün ailəsini xilas etdik.
  135. Yalnız geridə qalanların içində olan yaşlı bir qadından başqa.
  136. Sonra da o birilərini yerli-dibli yox etdik.
  137. Siz həm səhər çağı onların yanından keçirsiniz,
  138. həm də axşam çağı. Məgər anlamırsınız?
  139. Yunus da, həqiqətən, elçilərdəndir.
  140. Bir zaman o, yüklü bir gəmiyə tərəf qaçdı.
  141. Başqaları ilə birlikdə püşk atdı və uduzanlardan oldu.
  142. O, qınanmağa layiq olduqda balıq onu uddu.
  143. Əgər o, Allaha tərif deyənlərdən olmasaydı,
  144. balığın qarnında Qiyamət gününə qədər qalardı.
  145. O, halsız olduğu vəziyyətdə onu sahilə çıxartdıq.
  146. Onun başı üstündə balqabaq tağı bitirdik.
  147. Biz onu yüz mindən də daha çox adama (peyğəmbər) göndərdik.
  148. Onlar ona iman gətirdilər, Biz də onlara müəyyən vaxtadək firavanlıq nəsib etdik.
  149. (Kafirlərdən) soruş: “Nəyə görə qızlar sənin Rəbbinin, oğlanlar isə onların olmalıdır?”
  150. Yoxsa Biz mələkləri dişi yaratmışıq və onlar da (buna) şahid olublar?
  151. Həqiqətən, onlar yalan uydurub deyirlər:
  152. “Allah doğmuşdur”. Şübhəsiz ki, onlar yalançıdırlar.
  153. Məgər (Allah) qızları oğlanlardan üstünmü tutmuşdur?
  154. Sizə nə olub, bu necə mühakimədir yürüdürsünüz?
  155. Məgər düşünüb ibrət almayacaqsınız?
  156. Yoxsa sizin aydın bir dəliliniz vardır?
  157. Əgər doğru deyirsinizsə, kitabınızı gətirin!
  158. Onlar Allahla cinlər arasında qohumluq olduğunu uydurdular. Həqiqətən, cinlər onların (Cəhənnəmə) gətiriləcəyini bilirlər.
  159. Allah onların (Ona) aid etdikləri sifətlərdən uzaqdır.
  160. Yalnız Allahın seçilmiş (səmimi) qullarından başqa.
  161. (Ey müşriklər!) Nə siz, nə də sizin tapındıqlarınız
  162. (heç kəsi) (Allaha) qarşı yoldan çıxara bilməzsiniz;
  163. ancaq Cəhənnəmə girəcək kimsədən başqa.
  164. (Mələklər dedi): “Bizlərdən hər kəsin müəyyən bir yeri vardır.
  165. Həqiqətən, biz səf-səf dururuq.
  166. Həqiqətən, biz (Allahın şəninə) təriflər deyirik”.
  167. (Müşriklər )deyirdilər:
  168. “Əgər bizdə də əvvəlkilərdə olan zikrdən olsaydı,
  169. biz mütləq Allahın seçilmiş (səmimi) qulları olardıq”.
  170. Lakin onlar onu inkar etdilər. Onlar tezliklə biləcəklər.
  171. Bizim elçi göndərdiyimiz qullarımız haqqında bu Sözümüz əzəldən deyilmişdi:
  172. “Həqiqətən, onlara kömək göstəriləcəkdir.
  173. Bizim əsgərlərimizin mütləq qələbəsi labüddür”.
  174. Sən bir müddət onlardan üz çevir!
  175. Onlara bax! Onlar tezliklə (əzabı) görəcəklər.
  176. Onlar əzabımızın tezliklə gəlməsinimi istəyirlər?
  177. Əzab onların yurdlarına endiyi zaman qorxudulanların sabahı necə də pis olacaq!
  178. Sən bir müddət onlardan üz çevir!
  179. Onlara bax! Onlar tezliklə (əzabı) görəcəklər.
  180. Qüdrət sahibi olan Rəbbin pakdır, müşriklərin (Ona) aid etdikləri sifətlərdən uzaqdır.
  181. Elçilərə salam olsun!
  182. Aləmlərin Rəbbi olan Allaha həmd olsun!