36. Ya sin
- Ya. Sin.
- And olsun hikmətli Qurana!
- Həqiqətən, sən göndərilmiş elçilərdənsən,
- doğru yoldasan.
- (Bu Quran) Qüdrətli və Rəhmli (Allah) tərəfindən nazil edilmişdir ki,
- ataları xəbərdar edilməmiş, özləri də qafil olan bir tayfanı xəbərdar edəsən.
- Onların əksəriyyəti barəsindəki söz gerçəkləşdi. Çünki onlar iman gətirmədilər.
- Həqiqətən, Biz onların boyunlarına, çənələrinə dirənmiş zəncirlər keçirtmişik. Odur ki, başları (təkəbbürlə) yuxarı qalxmışdır.
- Biz onların önlərindən bir sədd, arxalarından da başqa bir sədd çəkdik və gözlərinə pərdə saldıq. Buna görə də onlar (haqqı) görmürlər.
- Sən onları qorxutsan da, qorxutmasan da, onlar üçün eynidir, iman gətirməyəcəklər.
- Sən ancaq Zikrə tabe olub Mərhəmətli (Allahı) görmədən (Ondan) çəkinən şəxsi qorxuda bilərsən. Beləsini bağışlanma və çox gözəl bir mükafatla müjdələ.
- Həqiqətən, ölüləri dirildən, onların (bu dünyada) törətdiklərini və tərk etdiklərini yazan Bizik. Biz hər şeyi açıq-aydın Yazıda (Lövhi-məhfuzda) qeydə almışıq.
- Sən onlara o zaman elçilər gəlmiş şəhər sakinlərini misal çək.
- O zaman onlara iki nəfər (elçi) göndərdik, amma onlar ikisini də yalançı saydılar. Biz də (elçilərimizi) üçüncüsü ilə qüvvətləndirdik. Elçilər: “Həqiqətən, biz sizə göndərilmiş elçilərik”– dedilər.
- Onlar dedilər: “Siz də bizim kimi sadəcə bir insansınız. Mərhəmətli (Allah) (sizə) heç bir şey nazil etməmişdir. Siz ancaq yalan danışırsınız”.
- (Elçilər) dedilər: “Rəbbimiz bilir ki, biz, həqiqətən də, sizə göndərilmiş elçilərik.
- Bizim vəzifəmiz ancaq (vəhy olunanı) aşkar təbliğ etməkdir”.
- Onlar dedilər: “Biz sizdə bəd əlamət gördük. Əgər (dəvətinizə) son qoymasanız, sizi mütləq daşqalaq edəcəyik və bizdən sizə mütləq ağrılı-acılı bir əzab toxunacaqdır”.
- (Elçilər) dedilər: “Sizin uğursuzluğunuz öz ucbatınızdandır. Məgər sizə edilən öyüd-nəsihəti( bəd əlamət sayırsınız)? Doğrusu, siz həddi aşmış bir millətsiniz”.
- Şəhərin kənarından bir kişi qaça-qaça gəlib dedi: “Ay camaat! Elçilərin ardınca gedin!
- Sizdən heç bir mükafat istəməyən, özləri də doğru yolda olan şəxslərin ardınca gedin!
- Mənə nə olub ki, məni yaradana və hüzuruna qaytarılacağınız (Allaha) ibadət etməyim?
- Mən heç Ondan başqa məbudlar qəbul edərəmmi? Əgər Mərhəmətli (Allah) mənə bir zərər yetirmək istəsə, onların şəfaəti mənə heç bir fayda verməz və onlar məni xilas edə bilməzlər.
- Bax onda mən açıq-aydın azğınlığa düşmüş olaram.
- Həqiqətən, mən sizin Rəbbinizə iman gətirdim. Mənə qulaq asın!”
- (Şəhərin sakinləri bu kişini öldürdükdən sonra) ona: “Cənnətə daxil ol!”– deyildi. O dedi: “Kaş xalqım biləydi ki,
- Rəbbim məni bağışladı və məni hörmətli adamlardan etdi”.
- Biz ondan sonra xalqının üstünə göydən heç bir qoşun göndərmədik və heç göndərən də deyildik.
- (Onları məhv edən) ancaq dəhşətli bir səs oldu. Onlar birdən sönüb getdilər.
- Vay (bu) qulların halına! Onlara elə bir elçi gəlməyib ki, ona istehza etməsinlər.
- Məgər onlar özlərindən əvvəl neçə-neçə nəsilləri məhv etdiyimizi və onların bir daha geriyə – bunların yanına qayıtmadığını görmürlərmi?
- Hamısı bir yerdə Bizim hüzurumuza gətiriləcəklər.
- Ölü torpaq onlar üçün bir dəlildir. Biz onu (yağışla) dirildir, oradan taxıl çıxardırıq, onlar da ondan yeyirlər.
- Biz orada xurma bağları və üzümlüklər yaratdıq, bulaqlar qaynadıb çıxartdıq ki,
- onların meyvələrindən və öz əlləri ilə becərdiklərindən yesinlər. Bəs onlar şükür etməyəcəklərmi?
- Yerin bitirdiklərindən, insanların özlərindən və bilmədiklərindən bütün cütləri yaradan (Allah) pakdır, müqəddəsdir.
- Gecə də onlar üçün bir dəlildir. Biz gündüzü ondan ayırıb çıxaran kimi onlar zülmət içində qalırlar.
- Günəş də özünün qaldığı yerə axıb gedir. Bu, Qüdrətli, Bilən (Allahın) əzəli hökmüdür.
- Ay üçün də mənzillər müəyyən etmişik. Nəhayət, o (tədricən) dönüb xurma ağacının qurumuş budağı kimi (əyri) olur.
- Nə günəş aya çatar, nə də gecə gündüzü keçə bilər. Onların hər biri (öz )orbiti( ilə) üzüb gedir.
- Onların nəslini yüklü gəmidə daşımağımız da onlar üçün bir dəlildir.
- Biz onlar üçün buna bənzər (daha neçə-neçə) minik vasitələri yaratdıq.
- Əgər istəsək, onları (suya) qərq edərik. Onda nə onların imdadına çatan olar, nə də onlar xilas ola bilərlər.
- Yalnız Bizim (onlara) rəhm etməyimiz və (onlara,) müəyyən edilmiş vaxtadək, gün-güzəran nəsib etməyimiz istisnadır.
- Onlara: “Önünüzlə olan və arxanızca gələndən (dünyada və axirətdə olan əzabdan) qorxun ki, bəlkə sizə rəhm oluna!”– deyildikdə (üz çevirirlər).
- Onlara öz Rəbbinin ayələrindən elə bir ayə gəlmir ki, ondan üz döndərməsinlər.
- Onlara: “Allahın sizə verdiyi ruzidən sərf edin!”– deyildikdə, kafirlər möminlərə deyirlər: “Allahın istədiyi təqdirdə yedirdəcəyi kimsəni bizmi yedirdəcəyik? Siz ancaq açıq-aydın azğınlıq içindəsiniz”.
- Onlar: “Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq?”– deyə soruşurlar.
- Onlar sadəcə olaraq, bir-birləri ilə höcətləşərkən özlərini yaxalayacaq bir tükürpədici səsi gözləyirlər.
- Onlar nə bir vəsiyyət etməyə qadir olacaq, nə də ailələrinin yanına qayıda biləcəklər.
- Sur (ikinci dəfə) üfürülən kimi onlar dərhal qəbirlərdən çıxıb Rəbbinə tərəf axışacaqlar.
- Onlar deyəcəklər: “Vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı? Bu, Mərhəmətli (Allahı)n vəd etdiyi (qiyamətdir). Elçilər doğru deyirlərmiş”.
- Bircə dəhşətli səs qopan kimi onların hamısı hüzurumuza gətiriləcəklər.
- Bu gün heç kəsə heç bir haqsızlıq edilməyəcəkdir. Sizə ancaq etdiyiniz əməllərin əvəzi veriləcəkdir.
- Həqiqətən də Cənnət əhli həmin gün nemətlər içində kef çəkəcək.
- Onlar zövcələri ilə birlikdə kölgəliklərdə taxtlara söykənəcəklər.
- Orada onlar üçün meyvələr və istədikləri hər şey vardır.
- Üstəlik Rəhmli Rəbb (onlara): “Salam” deyəcək.
- “Bu gün (möminlərdən) ayrılın, ey günahkarlar!
- Ey Adəm övladları! Məgər Mən sizə buyurmadımmı ki, şeytana ibadət etməyin, o sizin açıq-aydın düşməninizdir,
- Mənə ibadət edin! Doğru yol budur!
- Artıq (şeytan) içərinizdən bir çoxlarını yoldan çıxartmışdır. Məgər dərk etmirdiniz?
- Bu sizə vəd edilmiş Cəhənnəmdir.
- Kafir olduğunuza görə bu gün orada yanın!”
- Bu gün onların ağızlarına möhür vurarıq. Qazandıqları (günahlar) barəsində onların əlləri Bizimlə danışar, ayaqları da şəhadət verər.
- Əgər istəsəydik, onların gözlərini kor edərdik və onda onlar (düz )yolla getməyə çalışardılar. Amma necə görə bilərdilər?
- Əgər istəsəydik, onları yerlərindəcə elə eybəcər hala salardıq ki, nə irəli gedə, nə də geri qayıda bilərdilər.
- Kimə uzun ömür veririksə, onu xilqətcə tərsinə çeviririk. Məgər başa düşmürlər?
- Biz ona (Muhəmmədə) şer öyrətmədik, bu ona heç yaraşmaz da. Bu ancaq öyüd-nəsihət və aydın Qurandır ki,
- diri olanları qorxutsun və kafirlər barəsindəki söz gerçəkləşsin.
- Məgər onlar görmürlər ki, (Biz) onlardan ötrü sahib olduqları mal-qaranı Öz əllərimizlə yaratmışıq?
- Yaratdıqlarımızı öz istifadələrinə verdik ki, bəzilərindən minik kimi yararlansınlar və bəzilərini də yesinlər.
- Bunlarda onlar üçün (başqa) mənfəətlər və içiləcək süd də vardır. Yenə də şükür etməyəcəklərmi?
- Bir çarə tapmaları üçün müşriklər Allahdan başqa məbudlar qəbul etdilər.
- Amma (məbudlar )onlara heç bir kömək edə bilməzlər. Hərçənd ki, onlar bunlar üçün hazır durmuş əsgərlərdir.
- Onların sözü səni kədərləndirməsin. Şübhəsiz ki, Biz onların nəyi gizli saxladıqlarını və nəyi aşkar etdiklərini bilirik.
- Məgər insan onu nütfədən yaratdığımızı görmür? Budur, o indi açıq-aşkar mübahisə edir.
- O Bizə bir məsəl çəkdi, lakin yaradılışını unutdu. O dedi: “Çürümüş sümükləri kim dirildə bilər?”
- De: “Onları ilk dəfə yaradan Özü onları dirildəcəkdir. O, hər bir məxluquna yaxşı bələddir.
- O sizin üçün yaşıl ağacdan od əmələ gətirdi. Budur, siz indi ondan od yandırırsınız”.
- Göyləri və yeri yaradan onların eynisini yenidən xəlq etmək qüdrətinə malik olmazmı?! Şübhəsiz ki, O, Yaradandır, Biləndir.
- Bir şeyi (yaratmaq) istədikdə ona təkcə: “Ol!” deyər, o da olar.
- Əlində hər şeyin hökmü Olan (Allah) pak və müqəddəsdir. Siz ancaq Onun hüzuruna qaytarılacaqsınız.