98. əl-Beyyinə

Last Updated: Dekabr 1st, 2022|Views: 155|1,1 min read|
bismillahir-rahmanir-rahim
  1. Kitab əhlindən və müşriklərdən inkar edənlər onlara açıq-aydın dəlil gəlməyincə (küfrlərindən) əl çəkmədilər.
  2. (Bu dəlil )pak səhifələri oxuyan Allahın göndərdiyi Elçidir.
  3. Onların içində doğru yazılar vardır.
  4. Kitab verilənlər onlara yalnız aydın bir dəlil gəldikdən sonra ayrıldılar.
  5. Halbuki onlara, dini məhz Allaha məxsus edərək, həniflər kimi ibadət etmək, namaz qılmaq və zəkat vermək əmr olunmuşdu. Doğru din də elə budur!
  6. Həqiqətən, Kitab əhlindən və müşriklərdən inkar edənlərin məskəni Cəhənnəm odu olacaq və orada əbədi qalacaqlar. Onlar məxluqatın ən pisləridir.
  7. Şübhəsiz ki, iman gətirib yaxşı işlər görənlər məxluqların ən yaxşısıdırlar.
  8. Onların Rəbbinin yanındakı mükafatı (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları Ədn bağlarıdır. Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Bu (nemətlər), Rəbbindən qorxan kimsələrdən ötrüdür!