96. əl-Ələq

Last Updated: Dekabr 1st, 2022|Views: 184|0,9 min read|
bismillahir-rahmanir-rahim
  1. Yaradan Rəbbinin adı ilə oxu!
  2. O, insanı qan laxtasından yaratdı.
  3. Oxu! Sənin Rəbbin (müqayisəsiz) səxavətə malikdir.
  4. O, qələmlə (yazmağı) öyrətdi.
  5. İnsana bilmədiklərini öyrətdi.
  6. Xeyr! İnsan, doğrudan da, həddini aşır,
  7. özünün ehtiyacsız olduğunu zənn etdiyinə görə.
  8. Axı son dönüşün Rəbbinədir!
  9. Gördünmü o kəsi ki, mane olur
  10. bir bəndəyə namaz qıldığı zaman?
  11. Söylə görək, əgər o (bəndə )doğru yoldadırsa,
  12. yaxud (Allahdan) qorxmağı əmr edirsə, (onda necə olsun)?
  13. Söylə görək, əgər (o kafir haqqı) yalan sayıb üz döndəribsə, (onda necə olsun)?
  14. Məgər o bilmir ki, Allah görür?
  15. Xeyr! Əgər son qoymasa, (Biz onun) kəkilindən tutacağıq
  16. yalançı, günahkar kəkilindən.
  17. Qoy öz yığnağını çağırsın.
  18. Biz də əzab mələklərini çağıracağıq.
  19. Xeyr, sən ona qulaq asma! Səcdə qıl və (Allaha) yaxınlaş!