93. əd-Duha
- And olsun səhərə!
- And olsun sakitləşən gecəyə!
- Rəbbin nə səni tərk etmişdi, nə də (sənə) acığı tutmuşdu.
- Həqiqətən, Axirət sənə dünya həyatından daha xeyirlidir.
- Şübhəsiz ki, Rəbbin sənə (nemət) bəxş edəcək, sən də razı qalacaqsan.
- Məgər O, səni yetim çağında qoruyub sığınacaq vermədimi?
- Səni çaşqın olduğun halda doğru yola yönəltmədimi?
- Kasıb olduğun zaman səni varlandırmadımı?
- Elə isə yetimə xor baxma!
- Səndən (kömək) diləyəni qovma!
- Və Rəbbinin nemətindən danış.