90. əl-Bələd
- And içirəm bu şəhərə (Məkkəyə)!
- Sən də o şəhərin sakinisən.
- And olsun valideynə və onun törəməsinə!
- Biz insanı çətinlik içində xəlq etdik.
- O, heç kəsin ona gücü çatmayacağınımı güman edir?
- O deyir: “Mən çoxlu var-dövlət sərf etmişəm!”
- O, heç kəsin onu görməyəcəyinimi zənn edir?
- Məgər ona iki gözü Biz verməmişikmi?
- Bir dillə iki dodaq (verməmişikmi)?
- Ona iki yoxuşlu yola yönəltmədikmi?
- O isə sərt yoxuşu aşmağa can atmadı.
- Sən nə bilirsən ki, sərt yoxuş nədir?
- O,bir kölə azad etməkdir
- və ya aclıq günündə (möhtaca) yemək verməkdir –
- qohumluq əlaqəsi çatan bir yetimə,
- yaxud (aclıqdan) yerə uzanmış kasıba!
- Sonra isə o, iman gətirən, bir-birinə səbr və mərhəmət tövsiyə edənlərdən olmaqdır.
- Onlar sağ tərəf sahibləridir.
- Ayələrimizi inkar edənlər isə sol tərəfə sahibdirlər.
- Od onların üzərində qapanacaqdır.