88. əl-Ğaşiyə

Last Updated: Dekabr 1st, 2022|Views: 147|1,3 min read|
bismillahir-rahmanir-rahim
  1. (Aləmi) Çulğalayanın xəbəri sənə gəlib çatdımı?
  2. O gün (neçə-neçə) üzlər zəlil olub yerə dikiləcək,
  3. üzülüb əldən düşəcək,
  4. çox qızmar oda girəcək,
  5. qaynar çeşmədən içirdiləcəkdir.
  6. Onlara daridən başqa bir yemək verilməyəcəkdir.
  7. (O onları) nə doydurar, nə də aclıqdan xilas edər.
  8. O gün (neçəsinin) üzündə fərəh görünəcək,
  9. (dünyadakı) səylərindən məmnun qalacaq,
  10. uca Cənnətdə olacaq,
  11. orada faydasız söz eşitməyəcəkdir.
  12. Orada axar çeşmələr vardır;
  13. Orada hündür taxtlar,
  14. düzülmüş piyalələr,
  15. yan-yana qoyulmuş yastıqlar,
  16. və (döşəmələrə )sərilmiş xalçalar vardır.
  17. Məgər onlar dəvənin necə yaradıldığını görmürlər?
  18. Göyün necə yüksəldiyini( görmürlər)?
  19. Dağların necə sancıldığını( görmürlər)?
  20. Yerin necə döşədildiyini (görmürlər)?
  21. (Onlara) nəsihət ver! Sən yalnız nəsihətçisən.
  22. Sən onların üstündə hökmdar deyilsən.
  23. Lakin üz döndərib küfr edəni,
  24. Allah ən şiddətli əzabla cəzalandırar.
  25. Şübhəsiz ki, onların dönüşü Bizədir.
  26. Sonra onları sorğu-suala çəkmək də Bizə aiddir.