87. əl-Əla

Last Updated: Dekabr 1st, 2022|Views: 171|1,2 min read|
bismillahir-rahmanir-rahim
  1. Ən Uca Rəbbinin adına təriflər de!
  2. O (Rəbbin) ki, (hər şeyi) yaradıb kamilləşdirdi;
  3. O (Rəbbin) ki, (hər şeyin müqəddəratını) əzəldən müəyyən edərək yol göstərdi,
  4. O( Rəbbin) ki, otlağı cücərdib,
  5. sonra da qaralmış samana çevirdi.
  6. Biz sənə (Quranı) (elə) oxumaq imkanı verəcəyik ki, o, yadından çıxmayacaq.
  7. (Əlbəttə, )Allahın istədiyindən başqa. Həqiqətən, O, aşkardakından da, gizli qalandan da xəbərdardır.
  8. Səni ən asan olana müvəffəq edərik.
  9. Xatırlatmanın fayda verdiyini görsən, (onlara) xatırlat!
  10. (Allahdan) qorxanlar öyüd-nəsihət götürərlər.
  11. Ən bədbəxt kimsələr isə onu qulaqardına vurarlar.
  12. O kimsə ki, Cəhənnəmə atılacaq,
  13. O orada nə ölə, nə də yaşaya bilməyəcəkdir.
  14. (Günahlardan) təmizlənən kimsə isə uğur qazanmışdır.
  15. (O kimsə ki,) Rəbbinin adını xatırlayıb namaz qılmışdır.
  16. Xeyr, siz dünya həyatını (olduqca) üstün tutursunuz;
  17. Axirət isə daha xeyirli və daha sürəklidir.
  18. Həqiqətən də bu, əvvəlki səhifələrdə bildirilmişdir –
  19. İbrahimin və Musanın səhifələrində.