84. əl-İnşiqaq
- Göy yarılacağı
- və Rəbbini dinləyib boyun əyməyə hazır olacağı zaman;
- Yer dümdüz ediləcəyi,
- içindəkiləri kənara atıb boşalacağı

- Ey insan! Sən, həqiqətən də, səy göstərib Rəbbinə tərəf can atırsan. Sən Onunla qarşılaşacaqsan!
- Kimin kitabı sağ əlinə veriləcəksə,
- o, yüngül sorğu-suala tutulacaq
- və sevincək öz ailəsinə qayıdacaqdır!
- Kimin kitabı arxa tərəfindən veriləcəksə,
- o (özünə) ölüm diləyəcək
- və alovlu oda atılacaqdır!
- Sözsüz ki, o, (dünyada ikən) öz ailəsində sevinc içində idi
- və elə güman edirdi ki, (Rəbbinin hüzuruna) qayıtmayacaqdır.
- Xeyr! Sözsüz ki, Rəbbi onu görürdü.
- And içirəm şəfəqə,
- gecəyə və (onun) ağuşuna aldıqlarına,
- bədirlənmiş (on dörd gecəlik) aya!
- Siz mütləq haldan-hala keçib (dəyişəcəksiniz).
- Onlara nə olub ki, iman gətirmirlər
- və onlara Quran oxunduqda səcdə etmirlər?
- Əksinə, küfr edənlər (haqqı) yalan sayırlar.
- Allah (onların) nəyi gizlətdiklərini çox yaxşı bilir!
- Elə isə onları ağrılı-acılı bir əzabla müjdələ,
- iman gətirib yaxşı işlər görənlər istisna olmaqla! Onlar üçün tükənməz mükafatlar hazırlanmışdır.