82. əl-İnfitar
- Göy parçalanacağı zaman,
- ulduzlar səpələnəcəyi zaman,
- dənizlər daşıb bir-birinə qarışacağı zaman,
- qəbirlər çevriləcəyi zaman,
- hər kəs əvvəlcədən (özü üçün) nəyi tədarük edib, nəyi sonraya saxladığını biləcəkdir.
- Ey insan! Səni öz Səxavətli Rəbbinə qarşı qoyan nədir?
- O ki, səni yaradıb kamilləşdirdi və sənə gözəl bir surət verdi.
- Səni istədiyi şəklə saldı.
- Xeyr! Əksinə, siz (Qiyaməti) yalan hesab edirsiniz!
- Həqiqətən, sizin üstünüzdə nəzarətçilər vardır –
- çox möhtərəm, (əməllərinizi) yazanlar.
- Onlar sizin nə etdiklərinizi bilirlər.
- Həqiqətən, itaətkarlar nemət içində olacaqlar.
- Şübhəsiz ki, günahkarlar da Cəhənnəmdə olacaqlar.
- Onlar ora Haqq-hesab günü girəcəklər.
- Onlar əsla ondan yayına bilməyəcəklər.
- Sən haradan biləydin ki, Haqq-hesab günü nədir?
- Doğrudan da, sən haradan biləydin ki, Haqq-hesab günü nədir?
- O gün heç kəs heç kəsə fayda verə bilməz və həmin gün hakimiyyət Allaha məxsus olacaqdır!