80. Əbəsə
- O qaşqabağını sallayıb üzünü (yana) çevirdi.
- Yanına bir korun gəlməsinə görə.
- Nə bilirdin ki, bəlkə o (günahlardan) təmizlənəcəkdi
- və yaxud nəsihət dinləyib faydalanacaqdı.
- (Nəsihətə) ehtiyacı olmayana gəlincə isə,
- sən ona diqqət yetirirsən.
- Onun təmizlənməməyinin sənə bir dəxili yoxdur.
- Səy göstərib sənin yanına gələn,
- (Allahdan) qorxan kimsəyə gəlincə,
- ona məhəl qoymursan!
- Xeyr! Şübhəsiz ki, bu, bir nəsihətdir.
- Kim istəsə, qoy onu xatırlayıb ibrət alsın.
- (Bu Quran) kəramətli səhifələrdədir,
- yüksək və pak (səhifələrdədir).
- (Bu səhifələr) elçilərin əllərində,
- möhtərəm və müti olanların (əllərindədir).
- Qoy ölsün (kafir) insan! O necə də nankordur!
- (Qoy baxıb görsün Allah) onu nədən yaradıb?
- (Allah) onu nütfədən yaratdı və müəyyən şəkildə formalaşdırdı.
- Sonra da onun yolunu asanlaşdırdı.
- Sonra onu öldürüb qəbirə yerləşdirdi.
- İstədiyi bir zaman onu dirildəcəkdir.
- Xeyr! O, hələ də (Allahın) ona buyurduğunu yerinə yetirməmişdir.
- Qoy insan yediyinə diqqət yetirsin (bir az!)
- Həqiqətən, yağışı bol-bol Biz yağdırırıq.
- Sonra da yeri çat-çat yarıb
- orada taxıl yetişdiririk.
- (Habelə) üzüm və yonca,
- zeytun və xurma (ağacları),
- sıx-sıx bağlar,
- meyvələr və otlar da (bitirdik).
- (Bu nemətlər )sizin (istifadəniz) və mal-qaranızın faydalanması üçündür.
- Qulaqbatırıcı bir səs gələndə –
- o gün insan qaçacaq öz qardaşından,
- anasından, atasından,
- arvadından və övladlarından!
- O gün onlardan hər birinin yetərincə işi olacaqdır.
- O gün (neçə-neçə) üzlər parlayacaq,
- güləcək və fərəhlənəcəkdir.
- O gün (neçə-neçə) üzlərə toz-torpaq hopacaq,
- onları zülmət bürüyəcəkdir.
- Məhz onlardır kafirlər, günahkarlar!