79. ən-Naziat
- And olsun (kafirlərin canını) zorla alanlara!
- And olsun (möminlərin canını) rahatlıqla alanlara!
- And olsun (göydə) üzdükcə üzənlərə!
- And olsun ötdükcə ötənlərə!
- And olsun buyruqları yerinə yetirənlərə!
- O gün lərzəyə gələn lərzələnəcək,
- onun ardınca təkrar lərzələnəcək.
- Həmən gün qəlblər (qorxudan) tir-tir əsəcək.
- Bu qəlb (sahiblərinin) gözləri məzlum görkəm alacaq.
- Onlar deyirlər: “Yəni biz (yenidən) bundan qabaqkı halımıza döndəriləcəyik?
- Sümüklərimiz çürüdükdən sonra?”
- Onlar dedilər: “Belə olduğu halda bu, zərərli bir qayıdışdır”.
- O (surun üfürülməsi) təkcə qorxunc bir səsdir.
- (O vaxt) onlar ləngimədən (qəbirlərindən )yerin səthinə çıxacaqlar.
- Musanın hadisəsi sənə yetişdimi?
- O zaman Rəbbi onu müqəddəs Tuva vadisində səsləyib demişdi:
- “Fironun yanına yollan! O, həddini çox aşmışdır.
- De: “(Günahlardan) xilas olmaq istəyirsənmi?
- Səni Rəbbinə doğru yönəldimmi ki, (Ondan) qorxub çəkinəsən?”
- (Musa) ən böyük möcüzəni (Firona) göstərdi.
- O isə (haqqı) yalan sayıb üsyankar olduğunu göstərdi.
- Sonra da üz döndərib (fəsad törətməyə) girişdi.
- O, (camaatını) toplayıb (onlara hündür səslə müraciət edərək)
- dedi: “Sizin ən uca rəbbiniz mənəm!”
- (Belə olduqda), Allah da onu dünya və Axirət əzabı ilə yaxaladı.
- Həqiqətən, bunda (Allahdan) qorxanlardan ötrü işarə var.
- Sizin yaradılışınız çətindir, yoxsa göyün? O, onu qurdu,
- onun qübbəsini yüksəltdi və düzəldib kamilləşdirdi,
- gecəsini qaranlıq edib, səhərini də (nurlandırdı).
- Sonra yeri döşəyib,
- onda su və otlaq yaratdı,
- dağları da yerə bərkitdi.
- (Bunlar) sizin və mal-qaranızın faydalanmasından ötrüdür.
- Ən böyük fəlakətin gəldiyi zaman –
- o gün insan törətdiklərini xatırlayacaqdır.
- Cəhənnəm isə hər görmə qabiliyyətliyə göstəriləcəkdir.
- Kim həddi aşmışsa,
- dünya həyatını (axirətdən )üstün bilmişsə,
- həqiqətən, Cəhənnəm onun sığınacağı olacaqdır.
- Ancaq kim Rəbbinin hüzuruna gələcəyindən qorxmuş və nəfsinə ehtirası yasaq etmişsə,
- həqiqətən, Cənnət onun məskəni olacaq.
- Səndən o Saat barəsində: “O nə vaxt qopacaq?”– (deyə) soruşurlar.
- Sən onu haradan biləsən axı?!
- Onu kamil bilmək sənin Rəbbinə aiddir.
- Sən yalnız ondan qorxanı xəbərdar edənsən.
- Onlar Qiyaməti gördükləri an (dünyada) yalnız bir axşam çağı və yaxud bir gündüz qədər yaşadıqlarını güman edəcəklər!