78. ən-Nəbə

Last Updated: Dekabr 1st, 2022|Views: 251|2,7 min read|
bismillahir-rahmanir-rahim
  1. Onlar nə barədə bir-birindən soruşurlar?
  2. Böyük bir xəbər barəsində –
  3. (elə bir xəbər) ki, onlar onun haqqında ziddiyyətdədirlər.
  4. Xeyr, onlar (Qiyamətin həqiqət olduğunu) hökmən biləcəklər!
  5. Bir daha xeyr! Onlar hökmən biləcəklər!
  6. Məgər Biz yeri yataq etmədikmi?
  7. Dağları da payalar?!
  8. Biz sizi cüt yaratdıq.
  9. Yuxunuzu da (sizin üçün) rahatlıq etdik.
  10. Gecəni örtük etdik,
  11. gündüzü isə ruzi qazanmaq vaxtı.
  12. Üstünüzdə yeddi möhkəm (göy) qurduq
  13. və çox parlaq bir çıraq yaratdıq.
  14. Biz buludlardan şırıltıyla yağış yağdırdıq ki,
  15. onunla taxıl və digər bitkilər yetişdirək,
  16. habelə (ağaclarının qol-budaqları bir-birinə) sarmaşan bağlar (salaq).
  17. Həqiqətən, ayırd etmə günü bəlli bir vaxta təyin edilmişdir!
  18. Sur üfürüləcəyi gün siz dəstə-dəstə gələcəksiniz.
  19. (O gün) göyün qapıları açılacaqdır.
  20. Dağlar da hərəkətə gətirilib ilğıma çevriləcək.
  21. Həqiqətən, Cəhənnəm (kafirlər üçün) pusquda dayanıb gözləyir.
  22. O, həddi aşanların qayıdacağı yerdir.
  23. Onlar orada əsrlər boyu qalacaqlar.
  24. Onlar orada nə bir sərinlik, nə də (sərinlədici) içki dadacaqlar.
  25. (İçdikləri) yalnız qaynar su və irin (olacaq – )
  26. (Törətdikləri əməllərinə) uyğun bir cəza kimi.
  27. Doğrusu, onlar haqq-hesab çəkiləcəklərinə ümid etmirdilər.
  28. Ayələrimizi də qətiyyətlə təkzib edirdilər.
  29. Biz hər bir şeyi hesablayıb yazmışıq.
  30. Elə isə dadın (əzabı!) Biz sizə əzabdan başqa bir şey artırmayacağıq!
  31. Həqiqətən, müttəqilər üçün nicat yeri vardır.
  32. (Həmçinin )bağlar və üzümlüklər,
  33. dolğun döşlü həmyaşıd qızlar
  34. və ləbələb (doldurulmuş) qədəhlər də (vardır)!
  35. Onlar orada nə mənasız sözlər, nə də iftira eşitməyəcəklər.
  36. (Bunlar )sənin Rəbbindən olan mükafatlar, artıqlaması ilə verilən töhfələrdir.
  37. Göylərin, yerin və onların arasında olanların Mərhəmətli Rəbbindən( mükafatdır). Onlar Allahın hüzurunda bir söz deməyə qadir olmayacaqlar.
  38. Ruh (Cəbrail) və mələklər səf-səf duracağı gün, Mərhəmətli (Allahın) izin verdiyi kimsələrdən və doğru (söz) deyənlərdən başqa heç kəs danışmayacaq.
  39. O (gün), gerçək bir gündür. Kim istəsə öz Rəbbi yanında sığınacaq tapar!
  40. Həqiqətən, Biz sizi yaxın əzab barədə xəbərdar etdik. O gün insan öz əlləri ilə nələr etdiyini görəcək, kafir isə deyəcəkdir: “Kaş mən torpaq olaydım!”