78. ən-Nəbə
- Onlar nə barədə bir-birindən soruşurlar?
- Böyük bir xəbər barəsində –
- (elə bir xəbər) ki, onlar onun haqqında ziddiyyətdədirlər.
- Xeyr, onlar (Qiyamətin həqiqət olduğunu) hökmən biləcəklər!
- Bir daha xeyr! Onlar hökmən biləcəklər!
- Məgər Biz yeri yataq etmədikmi?
- Dağları da payalar?!
- Biz sizi cüt yaratdıq.
- Yuxunuzu da (sizin üçün) rahatlıq etdik.
- Gecəni örtük etdik,
- gündüzü isə ruzi qazanmaq vaxtı.
- Üstünüzdə yeddi möhkəm (göy) qurduq
- və çox parlaq bir çıraq yaratdıq.
- Biz buludlardan şırıltıyla yağış yağdırdıq ki,
- onunla taxıl və digər bitkilər yetişdirək,
- habelə (ağaclarının qol-budaqları bir-birinə) sarmaşan bağlar (salaq).
- Həqiqətən, ayırd etmə günü bəlli bir vaxta təyin edilmişdir!
- Sur üfürüləcəyi gün siz dəstə-dəstə gələcəksiniz.
- (O gün) göyün qapıları açılacaqdır.
- Dağlar da hərəkətə gətirilib ilğıma çevriləcək.
- Həqiqətən, Cəhənnəm (kafirlər üçün) pusquda dayanıb gözləyir.
- O, həddi aşanların qayıdacağı yerdir.
- Onlar orada əsrlər boyu qalacaqlar.
- Onlar orada nə bir sərinlik, nə də (sərinlədici) içki dadacaqlar.
- (İçdikləri) yalnız qaynar su və irin (olacaq – )
- (Törətdikləri əməllərinə) uyğun bir cəza kimi.
- Doğrusu, onlar haqq-hesab çəkiləcəklərinə ümid etmirdilər.
- Ayələrimizi də qətiyyətlə təkzib edirdilər.
- Biz hər bir şeyi hesablayıb yazmışıq.
- Elə isə dadın (əzabı!) Biz sizə əzabdan başqa bir şey artırmayacağıq!
- Həqiqətən, müttəqilər üçün nicat yeri vardır.
- (Həmçinin )bağlar və üzümlüklər,
- dolğun döşlü həmyaşıd qızlar
- və ləbələb (doldurulmuş) qədəhlər də (vardır)!
- Onlar orada nə mənasız sözlər, nə də iftira eşitməyəcəklər.
- (Bunlar )sənin Rəbbindən olan mükafatlar, artıqlaması ilə verilən töhfələrdir.
- Göylərin, yerin və onların arasında olanların Mərhəmətli Rəbbindən( mükafatdır). Onlar Allahın hüzurunda bir söz deməyə qadir olmayacaqlar.
- Ruh (Cəbrail) və mələklər səf-səf duracağı gün, Mərhəmətli (Allahın) izin verdiyi kimsələrdən və doğru (söz) deyənlərdən başqa heç kəs danışmayacaq.
- O (gün), gerçək bir gündür. Kim istəsə öz Rəbbi yanında sığınacaq tapar!
- Həqiqətən, Biz sizi yaxın əzab barədə xəbərdar etdik. O gün insan öz əlləri ilə nələr etdiyini görəcək, kafir isə deyəcəkdir: “Kaş mən torpaq olaydım!”