77. əl-Mursəlat
- And olsun xeyirlə göndərilənlərə
- və şiddətlə əsənlərə!
- And olsun (Allahın əmrini) yaydıqca yayanlara,
- (haqqı nahaqdan) ayırdıqca ayıranlara
- və zikri çatdıranlara –
- üzr diləmək və ya qorxutmaq üçün (çatdıranlara!)
- Sizə vəd edilmiş (Qiyamət )mütləq vaqe olacaqdır.
- Ulduzlar sönəcəyi zaman;
- Göy yarılacağı zaman;
- Dağlar dağılacağı zaman;
- Elçilərə vaxt təyin olunacağı zaman –
- (deyiləcəkdir): “(Bunlara) verilmiş möhlət hansı günə qədərdir?”
- (Deyiləcəkdir): “Ayırd etmə gününədək!”
- Sən Ayırd etmə gününün nə olduğunu bilirsənmi?
- (Qiyaməti) yalan sayanların o Gün vay halına!
- Yoxsa Biz ilk nəsilləri həlak etmədikmi?!
- Sonrakıları da onlara qatacağıq.
- Biz günah sahibləri ilə belə davranırıq.

- Məgər Biz sizi dəyərsiz bir sudan (nütfədən) xəlq etmədikmi?
- Biz onu etibarlı bir yerdə yerləşdirmədikmi –
- məlum bir vaxta kimi?
- Biz (nütfəni yaratmağa) qadir olduq. Nə gözəl Qadir olanlarıq (Biz)!

- Məgər Biz yeri məskən etmədikmi –
- dirilər və ölülərlə?
- Orada möhkəm dayanan uca dağlar yaratmadıqmı və sizə şirin sulardan içirtmədikmi?

- (Onlara belə deyiləcək): “Gedin yalan hesab etdiyiniz (Cəhənnəmə!)
- Üç qola ayrılan kölgəliyə gedin!”
- Ora nə kölgə salır, nə də alovdan qoruyur.
- (Cəhənnəm) hərəsi hündür imarət həcmində qığılcımlar püskürür.
- Onlar sanki sarı dəvələrdir.

- Bu, (günahkarların) danışa bilməyəcəkləri bir gündür.
- Onlara üzrxahlıq üçün izin belə verilməyəcəkdir.

- Bu (gün), (haqqı batildən) ayırd etmə günüdür. (Ey kafirlər!) Biz həm sizi, həm də əvvəlkiləri (bir yerə )cəm etdik!
- Əgər hiyləniz varsa, Mənə qarşı işlədin!

- Şübhəsiz ki, müttəqilər kölgəliklərdə, çeşmələr başında
- və istədikləri meyvələr içində olacaqlar.
- (Onlara deyiləcək): “(Xeyirxah) əməllərinizə görə nuşcanlıqla yeyin-için!
- Şübhəsiz ki, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!”

- Kafirlərə deyiləcək: “Yeyin və bir az əylənin! Həqiqətən, siz günahkarlarsınız!
- O gün (Qiyaməti) yalan sayanların vay halına!
- Onlara: “Rüku edin!”– deyildiyi zaman rüku etməzlər.
- O gün (haqqı) yalan sayanların vay halına!
- Onlar bu (Qurandan) sonra hansı sözə inanacaqlar?