77. əl-Mursəlat

Last Updated: Dekabr 1st, 2022|Views: 122|2,8 min read|
bismillahir-rahmanir-rahim
  1. And olsun xeyirlə göndərilənlərə
  2. və şiddətlə əsənlərə!
  3. And olsun (Allahın əmrini) yaydıqca yayanlara,
  4. (haqqı nahaqdan) ayırdıqca ayıranlara
  5. və zikri çatdıranlara –
  6. üzr diləmək və ya qorxutmaq üçün (çatdıranlara!)
  7. Sizə vəd edilmiş (Qiyamət )mütləq vaqe olacaqdır.
  8. Ulduzlar sönəcəyi zaman;
  9. Göy yarılacağı zaman;
  10. Dağlar dağılacağı zaman;
  11. Elçilərə vaxt təyin olunacağı zaman –
  12. (deyiləcəkdir): “(Bunlara) verilmiş möhlət hansı günə qədərdir?”
  13. (Deyiləcəkdir): “Ayırd etmə gününədək!”
  14. Sən Ayırd etmə gününün nə olduğunu bilirsənmi?
  15. (Qiyaməti) yalan sayanların o Gün vay halına!
  16. Yoxsa Biz ilk nəsilləri həlak etmədikmi?!
  17. Sonrakıları da onlara qatacağıq.
  18. Biz günah sahibləri ilə belə davranırıq.
  19. (Qiyaməti) yalan sayanların o Gün vay halına!
  20. Məgər Biz sizi dəyərsiz bir sudan (nütfədən) xəlq etmədikmi?
  21. Biz onu etibarlı bir yerdə yerləşdirmədikmi –
  22. məlum bir vaxta kimi?
  23. Biz (nütfəni yaratmağa) qadir olduq. Nə gözəl Qadir olanlarıq (Biz)!
  24. (Qiyaməti) yalan sayanların o Gün vay halına!
  25. Məgər Biz yeri məskən etmədikmi –
  26. dirilər və ölülərlə?
  27. Orada möhkəm dayanan uca dağlar yaratmadıqmı və sizə şirin sulardan içirtmədikmi?
  28. (Qiyaməti) yalan sayanların o Gün vay halına!
  29. (Onlara belə deyiləcək): “Gedin yalan hesab etdiyiniz (Cəhənnəmə!)
  30. Üç qola ayrılan kölgəliyə gedin!”
  31. Ora nə kölgə salır, nə də alovdan qoruyur.
  32. (Cəhənnəm) hərəsi hündür imarət həcmində qığılcımlar püskürür.
  33. Onlar sanki sarı dəvələrdir.
  34. (Qiyaməti) yalan sayanların o Gün vay halına!
  35. Bu, (günahkarların) danışa bilməyəcəkləri bir gündür.
  36. Onlara üzrxahlıq üçün izin belə verilməyəcəkdir.
  37. (Qiyaməti) yalan sayanların o Gün vay halına!
  38. Bu (gün), (haqqı batildən) ayırd etmə günüdür. (Ey kafirlər!) Biz həm sizi, həm də əvvəlkiləri (bir yerə )cəm etdik!
  39. Əgər hiyləniz varsa, Mənə qarşı işlədin!
  40. (Qiyaməti) yalan sayanların o Gün vay halına!
  41. Şübhəsiz ki, müttəqilər kölgəliklərdə, çeşmələr başında
  42. və istədikləri meyvələr içində olacaqlar.
  43. (Onlara deyiləcək): “(Xeyirxah) əməllərinizə görə nuşcanlıqla yeyin-için!
  44. Şübhəsiz ki, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq!”
  45. (Qiyaməti) yalan sayanların o Gün vay halına!
  46. Kafirlərə deyiləcək: “Yeyin və bir az əylənin! Həqiqətən, siz günahkarlarsınız!
  47. O gün (Qiyaməti) yalan sayanların vay halına!
  48. Onlara: “Rüku edin!”– deyildiyi zaman rüku etməzlər.
  49. O gün (haqqı) yalan sayanların vay halına!
  50. Onlar bu (Qurandan) sonra hansı sözə inanacaqlar?