76. əl-İnsan
- Doğrudanmı insanın heç kimə məlum olmadığı bir dövr hələ də ötüb keçməmişdir?
- İnsanı qarışdırılmış nütfədən yaradaraq onu sınaqdan keçirmək məqsədilə eşidən və görən etdik.
- Şübhəsiz ki, Biz ona yol göstərdik! Fərqi yoxdur, ya şükür etsin, ya da naşükür olsun.
- Doğrudan da, kafirlərdən ötrü zəncirlər, buxovlar və alovsaçan od hazırlamışıq.
- Sözsüz ki, itaətkarlar kafur qatılmış (şərabla dolu) badələrdən nuş edəcəklər.
- (Bu elə) bir bulaqdır ki, Allahın qulları ondan (doyunca) içər və onun mənsəbini istədikləri səmtə yönəldərlər.
- Onlar vəd etdikləri nəziri verər və vəhşəti (hər yeri) sarsıdacaq Gündən qorxarlar.
- Onlar özlərinin istədikləri şeylərdən kasıba, yetimə və əsirə də verərlər
- (və deyərlər): “Biz sizi yalnız Allahın Üzü xatirinə yedirdirik və sizdən nə əvəzini, nə də minnətdarlıq gözləmirik!
- Əslində, biz, Rəbbimizdən gələ bilən çox kəskin və ağır bir gündən ehtiyat edirik!”
- Bunun əvəzində Allah da onları həmin günün şərindən qoruyar və onlara gözəllik və sevinc nəsib edər
- və onlara səbr etdiklərinə görə Cənnəti bəxş edər və (orada geyəcəkləri) ipəklə mükafatlandırar.
- (Onlar) orada taxtlar üzərində (mütəkkələrə) dirsəklənəcək və orada nə günəş, nə də şaxta görməyəcəklər.
- (Cənnət ağaclarının) kölgələri (özləri) onlara yaxınlaşacaq, meyvələri də tam onların ixtiyarına veriləcək.
- Onların ətrafına (təamlarla dolu) gümüşdən hazırlanmış qablar və büllur qədəhlər dolandırılacaq.
- Gümüşdən olan elə büllur qədəhlər ki, (xidmətçilər )onları (cənnətdəkilərin )içmək istədikləri həcmdə hazırlamışlar.
- Orada onlara zəncəfil qatılmış (şərab) badəsi içirdiləcək.
- (Bu elə) bir bulaqdandır ki, (o,) (Cənnətdə) Səlsəbil adlanır.
- Onların ətrafında həmişə gənc olan (xidmətçi )cavanlar dolanacaqlar. Onları gördükdə səpələnmiş mirvari dənələri olduqlarını sanarsan.
- (Cənnətdə) hara baxsan nemət və əzəmətli səltənət (nişanəsi) görərsən.
- Onlar əyinlərinə taftadan və atlazdan yaşıl paltarlar geyəcəklər. Onların (qoluna) gümüş bilərziklər bağlanacaq. Onların Rəbbi onlara tərtəmiz şərab içirdəcəkdir.
- (Onlara deyiləcəkdir): “Həqiqətən, bu sizə bir hədiyyədir və səyiniz təşəkkürə layiqdir”.
- Biz Quranı sənə hissə-hissə aramla nazil etdik.
- Belə ki, Rəbbinin qərar verəcəyinə qədər səbr et və onlardan heç bir günahkara və ya nankora itaət etmə!
- Səhər-axşam Rəbbinin adını zikr et!
- Gecənin bir hissəsində Ona səcdə et və gecədə uzun müddət Onun şəninə təriflər de!
- Əsl həqiqətdə, bunlar ötəri dünyanı üstün tutaraq (qarşılarındakı) Ağır Günü görməməzliyə vururlar.
- Biz onları yaratdıq və xilqətini möhkəmlətdik. Əgər istəsək, (onları) özlərinə bənzərləri ilə dəyişdirərik.
- Həqiqətən, bu bir ibrətdir. İstəyən, Rəbbinə doğru aparan bir yol tutar.
- Amma Allah istəməyincə, siz istəyə bilməzsiniz! Həqiqətən, Allah Biləndir, Müdrikdir!
- O, istədiyini Öz mərhəmətinə nail edər. Zalımlara isə, O, ağrılı-acılı əzab hazırlamışdır.