72. əl-Cinn

Last Updated: Dekabr 1st, 2022|Views: 176|3,5 min read|
bismillahir-rahmanir-rahim
  1. De: “Mənə vəhy olundu ki, cinlərdən bir dəstə (Quranı) dinlədikdən sonra (öz tayfalarına qayıdıb) dedilər: “Həqiqətən, biz heyrətamiz bir Quran dinlədik!
  2. O, doğru yola yönəldir. Biz ona inandıq və (bundan sonra) əsla kimsəni Rəbbimizə şərik qoşmayacağıq.
  3. Doğrudan da, Rəbbimizin əzəməti çox yüksəkdir. O, nə zövcə, nə də övlad sahibi olmamışdır.
  4. Bizim səfehimiz (İblis) Allaha qarşı hədsiz (yalanlar) danışır.
  5. Biz zənnə qapılaraq düşünürdük ki, insanlar da, cinlər də Allaha iftira atmazlar.
  6. Həqiqətən, insanlardan bəziləri cinlərin bəzilərinə sığınırdılar. (Bu isə) onların azğınlığını artırırdı.
  7. Onlar da siz zənn etdiyiniz kimi, elə düşünürdülər ki, Allah ölənləri diriltməyəcəkdir.
  8. Biz səmaya qalxdıqda onun sərt gözətçilər və yandırıb-yaxan alovlarla dolu olduğunun şahidi olduq.
  9. Biz (əvvəllər) (gizlicə )qulaq asmaq üçün göyün bəzi sahələrində oturardıq. Amma kim bunu indi etmək istəsə, o, pusquda gözləyən yandırıcı alova rast gələr.
  10. Biz bilmirik, (bununla) yerdəkilərə pislik etmək qəsd edilmişdir, yoxsa Rəbbi onları doğru yola yönəltmək istəmişdir?
  11. Əlbəttə, aramızda xeyirxah əməl sahibləri də, onlar kimi olmayanlar da var. Biz ayrı-ayrı yollar tutmuşuq.
  12. Yəqin etdik ki, yer üzündə Allahdan yaxa qurtara bilmərik. (Göyə) qaçmalı olsaq da Onun əzabından yayına bilməyəcəyik.
  13. Biz doğru yolu göstərən rəhbəri eşitdiyimiz zaman ona iman gətirdik. Rəbbinə iman gətirən, nə (savabının) azalmasından, nə də haqsızlığa uğramaqdan qorxmaz.
  14. Sözsüz ki, bizlərdən müsəlmanlar da var, (doğru yoldan) sapanlar da. Müsəlman olan şəxslər doğru yol tutanlardır.
  15. (Doğru yoldan) sapanlar Cəhənnəm üçün odun olacaqlar”.
  16. Əgər onlar o yolda sabit qalsaydılar, Biz onlara bol-bol su verərdik.
  17. (Belə edərdik) ki, bununla onları sınayaq. Kim öz Rəbbinin zikrindən üz döndərərsə, O, həmin şəxsi şiddətli bir əzaba məruz qoyar.
  18. Şübhəsiz ki, məscidlər Allahındır. Allahdan başqa heç kəsə dua etməyin!
  19. Allahın qulu qalxıb Allaha dua etdikdə (cinlər) az qala onun dövrəsində bir-birinə keçib çəpər yaradırdılar.
  20. De: “Mən yalnız öz Rəbbimə dua edirəm və kimisə Ona şərik qoşmuram!”
  21. De: “Mən sizə nə ziyan verməyə, nə də (sizi) doğru yola yönəltməyə qadirəm!”
  22. De: “Həqiqətən, məni Allahdan kimsə xilas edə bilməz və mən Ondan başqa bir pənah yeri tapa bilmərəm!
  23. (Mənim əlimdən gələn) ancaq Allahı və Onun göndərdiklərini təbliğ etməkdir. Kim Allaha və Onun Elçisinə asi olarsa, onun üçün içərisində əbədi qalacaqları Cəhənnəm odu hazırlanmışdır”.
  24. Onlar özlərinə vəd olunmuş (əzabı) gördükləri zaman kimin köməkçisinin daha zəif və sayca daha az olduğunu biləcəklər.
  25. De: “Mən sizə vəd olunmuş (əzabın) yaxın olduğunu və yaxud Rəbbimin onun üçün uzun bir müddət təyin etmiş olduğunu bilmirəm.
  26. O, qeybi Biləndir və Öz qeybini heç kəsə açmaz;
  27. razı qaldığı elçidən başqa. Həqiqətən, O, onların önündə və arxasında gözətçilər qoyur ki,
  28. (hər kəs) onların, Rəbbinin göndərdiklərini necə təbliğ etdiyini bilsin. (Allah) onların nə etdiklərini nəzarəti altında saxlayır və hər şeyi ayrı-ayrılıqda hesaba alır”.