71. Nuh
- Həqiqətən, Biz Nuhu öz qövmünə göndərdik (və dedik): “Sən öz qövmünü, onlara ağrılı-acılı bir əzab gəlməmişdən əvvəl xəbərdar et!”
- O dedi: “Ey qövmüm! Şübhəsiz ki, mən sizi aydın bir tərzdə xəbərdar edənəm!
- Allaha ibadət edin, Ondan qorxun və mənə itaət edin!
- (Belə etsəniz,) O sizin günahlarınızdan keçər və sizə müəyyən vaxtadək möhlət verər. Həqiqətən, Allahın (müəyyən etdiyi) vaxt gəlib çatdıqda əsla təxirə salınmaz. Kaş biləydiniz!”
- O dedi: “Ey Rəbbim, mən xalqımı gecə də, gündüz də dəvət etdim.
- Amma dəvətim onların (haqdan) qaçmalarını daha da artırdı.
- Sən onları bağışlayasan deyə mən hər dəfə onları (imana) dəvət etdikdə, onlar barmaqlarını qulaqlarına tıxayır, paltarlarına bürünür, (küfrlərində) israr edir və ötkəm-ötkəm təkəbbürlənirdilər.
- Sonra mən onları aşkarcasına dəvət etdim.
- Sonra mən onlara (həm uca səslə), (həm də) gizlicə bildirib
- dedim: “Rəbbinizdən bağışlanmağınızı diləyin! Həqiqətən, O, çox Bağışlayandır!
- O, sizin üzərinizə bol-bol yağış göndərər,
- var-dövlət və oğul-uşaqla sizin imdadınıza çatar, sizin üçün bağlar salar və çaylar yaradar.
- Necə olub ki, siz Allahın böyüklüyünü layiqincə uca tutmursunuz?
- Axı O sizi mərhələlərlə yaratdı.
- Məgər Allahın yeddi göyü təbəqə-təbəqə necə yaratdığını görmürsünüz?
- Ayı bir nur, günəşi də çıraq etmişdir.
- Allah sizi torpaqdan bir bitki kimi bitirmişdir.
- Sonra O sizi ora qaytaracaq və yenidən çıxardacaqdır.
- Allah yeri sizin üçün xalı təki döşədi.
- (Belə etdi) ki, orada geniş yollarla hərəkət edəsiniz”.
- Nuh dedi: “Ey Rəbbim! Onlar mənə asi oldular və var-dövləti, övladı özünə zərərdən başqa bir şey artırmayan bir adama tabe oldular.
- Onlar (mənə qarşı) böyük bir hiylə işlətdilər
- və (özlərinə tabe olanlara) dedilər: “Öz məbudlarınızı tərk etməyin; Vəddi, Suvaı, Yəğusu, Yəuqu və Nəsri tərk etməyin!”
- Artıq onlar çoxlarını azdırmışlar. Sən də zalımlara azğınlıqdan başqa bir şey artırma”.
- Onlar öz günahlarına görə (suya) qərq edildilər və oda atıldılar. Onlar özlərinə Allahdan savayı köməkçilər tapmadılar.
- Nuh dedi: “Ey Rəbbim, kafirlərdən yer üzündə bir nəfəri belə sağ qoyma!
- Əgər Sən onları (sağ) qoysan, onlar qullarını azdıracaq və yalnız günahkar, kafir (övladlar) doğub-törədəcəklər.
- Ey Rəbbim! Məni, valideynlərimi, evimə mömin kimi daxil olanları və (bütün) mömin kişi və qadınları bağışla! Zülmkarların isə ancaq həlakını artır”.