70. əl-Məaric

Last Updated: Dekabr 1st, 2022|Views: 168|3,1 min read|
bismillahir-rahmanir-rahim
  1. İstəyən kimsə baş verəcək əzabı istədi –
  2. (bunu) kafirlər üçün (dilədi). (O əzabın) qarşısını alan tapılmayacaq.
  3. (O,) dərəcələr sahibi olan Allahdandır.
  4. Mələklər və Ruh (Cəbrail) Ona doğru sayı əlli min ilə bərabər bir gün ərzində qalxırlar.
  5. Sən təmkinlə səbr et!
  6. Doğrusu, (kafirlər) o (əzabın) uzaq olduğunu güman edirlər.
  7. Biz isə onun yaxın olduğunu görürük.
  8. O gün göy əridilmiş metal kimi olacaqdır.
  9. Dağlar da (didilmiş )yuna bənzəyəcəklər.
  10. Dost dostunun halını xəbər almayacaq.
  11. (Halbuki) onlar bir-birini görəcəklər. Günahkar o günün əzabından qurtarmaq üçün fidyə vermək istəyər – öz oğullarını,
  12. həyat yoldaşını və qardaşını,
  13. ona sığınacaq vermiş nəslini
  14. və yer üzündə olanların hamısını – təki (bu) onu xilas etsin.
  15. Xeyr! Bu, alovu (şölələnən) Oddur –
  16. başın dərisini sıyırıb çıxaran (bir od).
  17. (O od) çağırır (haqqa )arxa çevirəni, (ondan) üz döndərəni
  18. və (mal-dövlət) yığıb saxlayanı.
  19. Həqiqətən, insan kəmhövsələ yaradılmışdır.
  20. Ona bir pislik toxunduqda özündən çıxır,
  21. bir xeyir nəsib olduqda isə xəsislik edir.
  22. Namaz qılanlar istisnadır.
  23. O kəslər ki, namazlarını həmişə qılırlar.
  24. O kəslər ki, onların mallarında məlum bir haqq vardır-
  25. dilənən və (həya edib )dilənməyən miskinlər üçün.
  26. O kəslər ki, Haqq-hesab gününü təsdiq edirlər.
  27. O kəslər ki, Rəbbinin əzabından qorxurlar.
  28. Axı Rəbbinin əzabı (onlar üçün də) təhlükəsiz deyil.
  29. O kəslər ki, tənasül üzvlərini (zinadan) qoruyurlar –
  30. zövcələrindən və sahib olduqları cariyələrdən başqa. (Buna görə) onlar əsla qınanmazlar.
  31. Bundan artığını istəyənlər isə həddi aşanlardır.
  32. O kəslər ki, əmanəti danmır və əhdlərini pozmurlar.
  33. O kəslər ki, şahidliklərində mətindirlər.
  34. Bir də o kəslər ki, namazlarını dəqiqliklə qılırlar.
  35. Cənnət bağlarında hörmət göstəriləcək insanlar da elə onlar olacaqdır.
  36. Sənə doğru tələsən kafirlərə nə olub belə –
  37. sağdan-soldan dəstələrlə (ətrafına) (yığışırlar)?
  38. Deyəsən onların hamısı Nəim cənnətinə (bir təhər) girə biləcəklərini düşünürlər?
  39. Xeyr! (Bu mümkün deyil!) Biz onları bildikləri şeydən xəlq etmişik.
  40. And içirəm məşriqlərin və məğriblərin Rəbbinə! Biz doğrudan da, (elə bir) qüdrətə malikik ki, –
  41. (onları) daha yaxşıları ilə əvəz edə bilərik. (Bunda) qarşımıza çıxa bilən tapılmaz.
  42. Vədə verilmiş günə çatanadək onlarla daha işin olmasın, qoy boş-boş danışsınlar və əylənsinlər.
  43. O gün, məbudlarına ibadətə can atırmışlar kimi onlar qəbirlərdən çıxacaqlar.
  44. (O gün onların) baxışları yerə dikiləcək, özlərini də zillət bürüyəcəkdir. Budur onların xəbərdar edildikləri Gün!